Rhinopoma (Siçanquyruq yarasalar) — "Rhinopomatidae" fəsiləsinə aid olan cücü yeyən kiçik yarasalardır və yalnız üçdən altıya qədər növü əhatə edən tək bir cinsdə - "Rhinopoma" cinsində toplanır. Onlar köhnə dünyada, Şimali Afrikadan Tailanda və Sumatraya qədər olan quraq və yarımsəhra bölgələrində yaşayırlar. Mağaralarda, evlərdə və hətta Misir piramidalarında yuva qururlar. Nisbətən kiçik olan bu yarasaların bədən uzunluğu cəmi 5-6 sm, çəkisi isə 6-14 qram arasında dəyişir.
Xüsusiyyətləri
"Rhinopomatidae" fəsiləsinə aid yarasalar çox incə ətraflara və uzun, nazik, tüksüz quyruğa malikdirlər. Quyruqları bədənlərinin qalan hissəsi ilə demək olar ki, eyni uzunluqdadır və patagiuma (qanad dərisinə) birləşməyib. Onların qum rəngli xəzi yumşaq və qısadır. Burunları kiçik və sadə bir burun yarpağına malikdir, burun dəlikləri isə klapanlıdır. Böyük qulaqları yaxşı inkişaf etmiş traqusa malikdir və alınlarında dəri zolağı ilə böyük, qara gözlərə birləşir. Quyruq saplağına və arxa ayaqlara yaxın yağ yığımı yerləşir. Bütün yarasalar arasında Rhinopomatidae ən qısa barmaqlara malikdir (qabaq qoluna nisbətən). Baş-bədən uzunluğu 50-90 mm, qabaq qolu uzunluğu 45-75 mm, quyruq uzunluğu 40-80 mm, bədən çəkisi isə 6-14 qram arasındadır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Yarasalar Kateqoriya:Şəbpərələr Kateqoriya:Asiya məməliləri Kateqoriya:Afrika məməliləri Kateqoriya:Məməlilərin cinsi