Villem-Aleksandr (; ) — Oran sülaləsindən olan Niderland kralı (30 aprel 2013-cü ildən).
Bioqrafiya left|thumb|220x220px|Villem-Aleksandr (solda) 14 yaşında qardaşı Friso ilə (1982) Şahzadə (gələcək kraliça) Beatriks və şahzadə Klausun ilk övladıdır. 30 aprel 1980-ci ildə anası Beatriksin and içməsindən sonra Oran şahzadəsi titulunu aldı.
Anası - holland kraliçası Beatriks, Rusiya imperatoru I Pavelin böyük nəvəsidir.
O və iki qardaşı, Yohan Frizo (1968-2013) və Konstantin (1969) Drakenstein qalasında böyüdülər.
Villem-Aleksandr ixtisasca tarixçidir, Leyden Universitetini bitirmişdir (1987-1993). Gələcək konstitusiyalı monarx kimi o, müxtəlif dövlət qurumlarında və orduda təcrübə keçib. Kral ordusunda, Kral dəniz qüvvələrində və Kral hava qüvvələrində hərbi rütbələrə malikdir. O, Əlahəzrət Kraliçanın Xüsusi Xidmətinin adyutantı kimi xidmət etmişdir.
1985-ci ildə on səkkiz yaşına çatdıqdan sonra o, Dövlət Şurasına təyin edildi. Gələcək Oran şahzadəsi olan Villem-Aleksandr Hollandiyada və xaricdə keçirilən rəsmi tədbirlərdə Kral Evini tez-tez təmsil edib, əyalətlərə, bələdiyyələrə və ictimai təşkilatlara işgüzar səfərlər edib.
Dörd dildə danışır: ingilis, alman, ispan və doğma dili niderland.
28 yanvar 2013-cü ildə Hollandiya kraliçası Beatriks milli televiziya ilə 30 aprel 2013-cü ildə böyük oğlu, varisi, Oran çahzadəsi Villem-Aleksandrın xeyrinə taxtdan imtina etdiyini elan etdi.
Villem-Aleksandr 123 il ərzində Hollandiyanın ilk kişi kralı oldu - 1890-cı ildən 2013-cü ilə qədər Hollandiya taxtını yalnız qadınlar tutmuşdurlar: kraliçalar Vilhelmina, Yuliana və Beatriks. Kralın gəlişini xatırlamaq üçün Holland America Line gəmiyə Koningsdam (koning tərcümədə — "kral" ) 2016-cı ildə on iki göyərtəli kruiz layneri inşa edilmişdir.
İstinadlar
Kateqoriya:Niderland kralları Kateqoriya:Beynəlxalq Olimpiya Komitəsinin üzvləri Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri Kateqoriya:Qızıl Olimpiya ordeni kavalerləri Kateqoriya:1-ci dərəcəli "Cüt ağ xaç" ordeni ilə təltif edilənlər Kateqoriya:Bant ordeni kavalerləri Kateqoriya:"Xilaskar" ordeni ilə təltif edilənlər Kateqoriya:"Ağ qartal" ordeni ilə təltif edilənlər Kateqoriya:"Payızgülü" ordeni ilə təltif edilənlər Kateqoriya:"Katolik İzabella" ordeninin böyük xaçı ilə təltif edilənlər Kateqoriya:Serafimlər ordeninin kavalerləri Kateqoriya:Fil ordeninin kavalerləri Kateqoriya:"Müqəddəs Olaf" ordeni kavalerləri Kateqoriya:"Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri Kateqoriya:"Adolf Nassau" ordeni ilə təltif edilənlər Kateqoriya:Leyden Universitetinin məzunları Kateqoriya:Utrextdə doğulanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1967-ci ildə doğulanlar Kateqoriya:27 apreldə doğulanlar