Şandao (; ) — Çin buddist rahibi, Təmiz torpaq məktəbinin banisi. Onun əsərləri "Təmiz torpaq" ənənəsinin sonrakı ustadlarına, o cümlədən Yaponiyada Honen və Şinran kimi dini xadimlərə güclü təsir göstərmişdir. Codo-şinşu məktəbində Şandao Beşinci patriarx hesab olunur.
Həyatı
Şandao 641-ci ildə müəllimi Daoço ilə görüşdükdən sonra rahib olmuşdur. Daoço ona budda Amitabhaya həsr edilmiş sutraları təbliğ etmişdir. Bu görüşdən sonra Şandao paytaxt Çanqanda yerləşən Quanminsi monastırında öz məktəbini təsis etmişdir.
Şandao budda Amitabhanın xilasedici qüvvəsinə inancı təbliğ etmiş və amidizmin əsas təcrübə formasını müəyyənləşdirmişdir. Bu təcrübə "Namu Amida Butsu!" () ifadəsinin çoxsaylı təkrarına əsaslanmışdır. Bu ibadət forması Şandaonun müəyyən etdiyi "beş doğru əməl"in tərkib hissəsi olmuşdur.
İstinadlar
Kateqoriya:Çində buddizm Kateqoriya:Təmiz torpaq buddizmi Kateqoriya:Buddist rahibləri