Xəlil bəy məscidi () — Yunanıstanın Şərqi Makedoniya və Frakiya periferiyası, Kavala şəhərində yerləşən bir məscid. Məscid XVI əsrdə Osmanlı imperiyası dövründə inşa edilmişdir. Hazırda muzey kimi fəaliyyət göstərir. Tarixçəsi Limandakı kiçik yarımadanın ortasında, köhnə qalanın yaxınlığında yerləşən bu məscid, ehtimal ki, 1530-cu illərdə, İbrahim Paşa məscidi ilə eyni dövrdə inşa edilmişdir. Bu məscid, yuxarıda adı çəkilən İbrahim Paşa məscidindən sonra Kavalanın ikinci ən böyük məscididir. Məscid Müqəddəs Paraskeviyə həsr olunmuş Bizans kilsəsinin yerində inşa edilmişdir; onun xarabalıqlarını indi məscidin şüşə döşəməsindən görmək mümkündür. Ehtimal olunur ki, orijinal kilsə məscidə çevrilib və sonralar Osmanlıların fəth etdiyi bölgələrdə olduğu kimi, həmin ərazidə də məscid binası tikilib.
Balkan müharibələrindən sonra məscid Kavala bölgəsi ilə bərabər Yunanıstanın bir hissəsi oldu. XX əsrin əvvəllərində məscid qızlar məktəbi kimi istifadə edilmişdir. Türkiyə—Yunanıstan arasında əhali mübadiləsindən sonra Xəlil bəy məscidi və onun mədrəsəsi Türkiyədən gələn yunanları qəbul etdi. Məscid 1930-1940-cı illər arasında bələdiyyənin filarmonik orkestrinə ev sahibliyi etmiş və buna görə də "Musiqi məscidi" adlandırılmışdır. Kavala sakinləri hələ də onu "Qədim musiqi zalı" () adlandırırlar. Məscidin minarəsi 1950-ci illərdə sökülmüşdür.
Həm məscid, həm də mədrəsədə (minarə istisna olmaqla) bir sıra bərpa işlərindən sonra, onlar ictimaiyyətə açılmış, muzey və iclas zalı kimi istifadə olunur.
Memarlığı Məscid, səkkiz tələbə otağı ilə yaxşı qorunub saxlanılmış mədrəsəninin də daxil olduğu böyük bir kompleksin bir hissəsidir. Parlaq qırmızı rəngdədir.
Qalereya
Həmçinin bax Yunanıstanda islam İstinadlar
Xarici keçidlər
Kateqoriya:XVI əsr məscidləri Kateqoriya:Osmanlı Makedoniyası Kateqoriya:Yunanıstan muzeyləri