Luisvill kafedralı və yaxud Müqəddəs Məryəm kafedralı () — Luisvill şəhərində yerləşən katolik kilsəsi. Kentukki ştatında yerləşən kafedral Luisvill Yeparxiyasının ana kilsəsidir. Kafedral arxiyepiskop Şelton J.Fabrein təsis yeridir.Cheny, David M (2007) Archdiocese of Louisville . Retrieved 2007-03-05. Tarixi 1811-ci ildə Luisvilldəki kiçik bir katolik qrupu 10-cu və Main küçələrində Müqəddəs Lui kilsəsini qurdu. Əvvəllər ABŞ-da təqdis edilmiş ilk keşiş olan Stefan Badin, "dövrə keşişi" adlanaraq, Luisvill bölgəsində və Amerika sərhədlərinin böyük bir hissəsində xidmət etmişdi. 280px|thumb|left|Katedralin daxili hissəsinin şəkli, təxminən 1900-cü il 1821-ci ildə Filip Hosten Müqəddəs Lui kilsəsinin ilk daimi keşişi oldu. Keşiş Hosten bir il sonra şəhərdə sarı qızdırma epidemiyası zamanı vəfat etdi. 1830-cu ilə qədər Ohio çayından beş km cənubda, Beşinci küçədə daha böyük bir Müqəddəs Lui kilsəsi tikildi. Müqəddəs Məryəm kafedralı bu gün də həmin ərazidə yerləşir.
ABŞ-nin ilk daxili yeparxiyası olan Bardstaun Yeparxiyası 1808-ci ildə quruldu və Benedikt Jozef Flaže ilk Bardstaun yepiskopu oldu. Yeparxiya Kentukkinin, Tennessinin, Missurinin, İllinoysun, İndiananın, Ohayonun və Miçiqanın böyük bir hissəsini əhatə edirdi.
1841-ci ildə yeparxiya Bardstaundan Luisvillə köçürüldü və Müqəddəs Lui kilsəsi Müqəddəs Lui kafedralı oldu. Yepiskop Flaze 1849-cu ildə yeni kafedralın tikilməsinə qərar verdi. Lakin Yepiskop Flaze 11 fevral 1850-ci ildə, yeni kilsə binasının təməl daşı qoyulduqdan bir neçə ay sonra vəfat etdi. Onun qalıqları bu gün kafedralın zirzəmisindəki şapeldə yerləşir.
Yeni tikilmiş Müqəddəs Məryəm kafedralı, tikintisindən qısa müddət sonra Luisvildəki anti-Katolik və anti-immigrant qərəz səbəbi ilə demək olar ki, məhv ediləcəkdi. 6 avqust 1855-ci il, Bazar ertəsi günü, "Luisville Journal" qəzetinin redaktoru Corc D.Prentis öz fikrini ifadə edən bir məqalə dərc etdi. Bu məqalədə immiqrantların (almanlar və irlandlar) şəhəri ələ keçirməsi ehtimalı və səs saxtakarlığı ittihamları irəli sürülürdü. Təhlükəsizlikdən qorxan "Know Nothing" Partiyası (Yerliçilər Partiyası) yerli immiqrant işçilərə hücum edərək 22 alman və irland immiqrantını öldürdü. Həmçinin kafedral və yeni tikilmiş Müqəddəs Martin Turonlu kilsəsinin (1854-cü ildə tamamlanmışdır) zirzəmilərində silah saxlandığı iddia edilirdi. Kilsələr yandırılmaqla hədələndi, lakin o zamanın şəhər meri Con Barbi, özü də "Know-Nothing" partiyasının üzvü olaraq, kilsələri yoxladı və bu ittihamları təkzib etdi.For more information on the organ, see Pipe Organs of Louisville, Kentucky
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bakirə Məryəmə ithaf edilmiş kafedrallar