thumb|300px|XIX əsrin əvvəllərinə aid üç kazak atamanı.
Hindistan yürüşü — Rusiya imperatoru I Pavel və Fransanın birinci konsulu Napoleon Bonapart tərəfindən 1801-ci ildə Britaniya Hindistanının ələ keçirilməsi məqsədilə hazırlanmış gizli birgə hərbi əməliyyat layihəsi. Layihə yalnız 1840-cı ildə ictimaiyyətə açıqlanmış, bir müddət isə mistifikasiya hesab edilmişdi, çünki nə imperatorların yazışmalarında, nə də Pavlov dövrünə aid diplomatik sənədlərdə bu təşəbbüslə bağlı heç bir iz tapılmamışdı.
I Pavelin ölümündən az əvvəl Don qoşunlarına Buxara və Xivə xanlıqlarını fəth etmək əmri verilmişdi. Tarixçilər bu hadisəni, reallaşmamış Rusiya–Fransanın Hindistana yürüşü ilə əlaqəli şəkildə “fantastik, utopik və qeyri-real layihə” kimi qiymətləndirirlər.
Fəaliyyət planı
1840-cı ildə Parisdə Leybnitsin "XIV Lüdovik üçün Misirin fəthi barədə xatirə yazısı" adlı əsər nəşr olundu. Bu nəşrə Hoffmanın ön sözü və I Pavel ilə birinci konsul arasında razılaşdırılmış Hindistan ekspedisiyasının layihəsi də əlavə edilmişdi. Sənədin rusca tərcüməsi 1847-ci ildə dərc edilmişdir.
Gizli ekspedisiya planı iki piyada korpusunun — bir Fransa və bir Rusiya birləşməsinin birgə əməliyyatını nəzərdə tuturdu. Hər bir korpus 35.000 nəfərdən ibarət idi. Beləliklə, ümumi qüvvə 70.000 əsgərə çatırdı. Bu rəqəmə artilleriya və kazak süvariləri daxil deyildi. Pavel Fransa korpusunun general Andre Massena tərəfindən idarə edilməsində israr edirdi. Hindistana yürüş Bonapartın Misir yürüşünə bənzər olmalı idi. Ordunu yalnız hərbçilər yox, mühəndislər, rəssamlar və alimlər də müşayiət etməli idi. Plana əsasən, Fransa ordusunun bir hissəsi Dunay və Qara dənizi keçərək Cənubi Rusiyadan — Taqanroq, Tsaritsin və Həştərxan şəhərlərindən keçəcəkdi. Volqanın mənsəbində onlar Rusiya qüvvələri ilə birləşəcək, daha sonra hər iki korpus Xəzər dənizini keçərək İranın Astrabad limanında çıxmalı idilər. Hesablamalara görə, Fransadan Astarabada qədər yol səksən gün, Astarabaddan Qəndəhar və Herat üzərindən Hindistana qədər yürüş isə əlli gün çəkəcəkdi. Beləliklə, sentyabr ayına qədər Hindistana çatmaq planlaşdırılırdı.
İddialara görə, birgə yürüş planını Napoleon hazırlamış və onu öz nümayəndəsi Jerar Dürok vasitəsilə Pavelin sarayına göndərmişdi, lakin Dürokun Peterburqa səfəri Pavelin ölümündən sonra baş vermişdi. Bu uyğunsuzluq, tarixçi Dmitri Milyutinin planı mistifikasiya kimi dəyərləndirməsinə səbəb olmuşdur. Həmçinin, Rusiya arxivlərində Fransa ilə Hindistan üzərində birgə əməliyyat müzakirələrinin aparıldığına dair hər hansı sübutun olmaması da bu fikri möhkəmləndirir. Ümumilikdə, cəmi 120–130 günə planlaşdırılan bu nəhəng ekspedisiya hazırlıq mərhələsində olan “xam layihə” kimi görünür. Bəzi tədqiqatçılar planın birbaşa I Pavel tərəfindən tərtib olunduğunu və Bonapartın Parisdəki sarayına göndərildiyini, Rusiya imperatorunun isə cavabı gözləmədən qoşunlarını yürüşə çıxardığını ehtimal edirlər.Проект русско-французской экспедиции в Индию. 1800 г. // Русская старина. — 1873. — № 10. — С. 401—409.Плешаков И. Н. Император Павел I: «Через Бухарию и Хиву на реку Индус и на заведения английские, по ней лежащие». // Военно-исторический журнал. — 2007. — № 12. — С.48-51.
Mənbə İstinadlar
Ədəbiyyat
Əlavə ədəbiyyat
Kateqoriya:Fransa–Rusiya münasibətləri Kateqoriya:Böyük Oyun Kateqoriya:1801-ci ildə siyasət Kateqoriya:Ləğv edilmiş hərbi əməliyyatlar