Məkki cümə məscidi, yaxud Zahidan Böyük Məkki məscidi (farsça: مسجد جامع مکی زاهدان) — dünyanın ən böyük hənəfi məscidlərindən biri və İranın ən böyük sünni cümə məscididir və Sistan və Bəlucistan əyalətinin paytaxtı olan Zahidanın mərkəzində yerləşir.

Tarix

Məscidin banisi, 1987-ci ildə vəfatına qədər İranda Sistan-Bəlucistanda Bəlucların ən mühüm Sünni dini nüfuzuna sahib olan Əbdül Əziz Malazada idi. Məkki Məscidi, Məkkə məscidinin yanında yerləşən "Jamiat Darul Uloom" seminariyasının bir hissəsi olaraq 1971-ci ildə əsası qoyulmuşdur. "Darul Uloom", Diobendi Məktəbinin bir hissəsidir.

Zahidandakı "Darul Uloom", Şərqi İranda yaşayan Sünni Bəluc xalqı üçün mərkəzdir. 1970-ci illərin əvvəllərində qurulduğundan, bölgədəki minlərlə məscid, 120 Deobandi mədrəsəsi və təxminən yetmiş seminariyadan ibarət bir şəbəkənin mərkəzinə çevrilmişdir ki, bunlardan qırxı birbaşa Zahidanda yerləşən "Darul Uloom" rəhbərliyi altındadır.

Uzun illər məscid, çox sayda ibadətçi ilə dolub daşırdı və məkanı hər kəsin içəridə namaz qıla bilməsi üçün yetərli deyildi. Namazlar tez-tez yaxın küçələrdə qılınmalı olurdu. Məkki məscidini tamamlandıqdan sonra İranın ən böyük Sünni məscidi halına gətirən bir genişləndirmə layihəsinə başlanıldı. 2010-cu ildə iki minarəsi olan köhnə məscid binası, dörd minarəli yeni 50.000 kvadrat metrlik məscidə yer açmaq üçün sökülməli oldu.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1970-ci illərdə tamamlanmış dini tikililər Kateqoriya:İran məscidləri Kateqoriya:Sünni məscidləri Kateqoriya:Günbəzli məscidlər Kateqoriya:Onilliklərə görə tamamlanmış məscidlər Kateqoriya:Məscidlər Kateqoriya:İslam Kateqoriya:Bəlucistan Kateqoriya:Sistan və Bəlucistan ostanı