Ser Ceyms Hopvud Cins (11 sentyabr 1877 – 16 sentyabr 1946) — ingilis fiziki, riyaziyyatçısı və astronomu idi. O, 1919-cu ildən 1929-cu ilə qədər Kral Cəmiyyətinin katibi, 1925-ci ildən 1927-ci ilə qədər Kral Astronomiya Cəmiyyətinin prezidenti vəzifəsində çalışmış və onun Qızıl Medalını qazanmışdır.
Karyerası
Cins 1901-ci ilin oktyabrında Triniti Kollecinin həqiqi üzvü seçildi və Kembricdə dərs dedi, lakin 1904-cü ildə Prinston Universitetinə tətbiqi riyaziyyat professoru kimi getdi. 1910-cu ildə Kembric şəhərinə qayıtdı.
1923-cü ildən 1944-cü ilə qədər Kalteksin Maunt Vilson Rəsədxanasında çalışmışdır.
Onun elmi nüfuzu "Qazların dinamik nəzəriyyəsi" (1904), "Nəzəri mexanika" (1906) və "Elektrik və maqnetizmin riyazi nəzəriyyəsi" (1908) monoqrafiyalarına əsaslanır. 1929-cu ildə təqaüdə çıxdıqdan sonra o, ictimaiyyət üçün bir sıra kitablar, o cümlədən "Ulduzlar öz yollarında" (1931), "Ətrafımızdakı kainat, məkan və zaman vasitəsilə" (1934), "Elmin yeni arxa planı" (1933) və "Sirli kainat" əsərlərini yazıb. Bu kitablar Cinsi öz dövrünün, xüsusən də nisbilik və fiziki kosmologiya sahəsindəki inqilabi elmi kəşflərinin şərhçisi kimi kifayət qədər tanıtdı.
O, həmçinin "Fizika və Fəlsəfə" (1943) kitabını da yazıb və burada reallığa dair müxtəlif baxışları iki fərqli perspektivdən - elm və fəlsəfədən araşdırır. Dini baxışlarına görə, Cins aqnostik mason idi.
İstinadlar
Xarici keçidlər
Britannica article includes photo
Kateqoriya:11 sentyabrda doğulanlar Kateqoriya:1877-ci ildə doğulanlar Kateqoriya:1946-cı ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Britaniya riyaziyyatçıları Kateqoriya:Britaniya fizikləri Kateqoriya:Britaniya astronomları Kateqoriya:Triniti Kollecinin məzunları (Kembric) Kateqoriya:Kembric Universitetinin məzunları Kateqoriya:İngiltərə masonları Kateqoriya:London Kral Cəmiyyətinin üzvləri Kateqoriya:İdealistlər Kateqoriya:Cəngavər bakalavrları Kateqoriya:Ontoloqlar Kateqoriya:Prinston Universitetinin müəllimləri Kateqoriya:Kral Astronomiya Cəmiyyətinin Qızıl medalı ilə təltif olunanlar