— Yaponiyalı manqaka. O, daha çox məşhur və uzunömürlü ‘’Hajime no Ippo’’ adlı seriyası ilə tanınır. Morikava ibtidai məktəbdə oxuyarkən Tetsuya Çibanın ‘’Harris no Kaze’’ əsərini oxuduqdan sonra manqa müəllifi olmağa qərar vermişdir.

O, əvvəllər Şuiçi Şigenonun köməkçisi olub, tanınmış manqaka Kentaro Miura və Kaori Saki isə onun keçmiş köməkçiləri olub.

Hajime no Ippo bir neçə anime seriyasına uyğunlaşdırılmışdır, birincisi 2000-ci ildə yayımlanmağa başlamış və Madhouse studiyası tərəfindən hazırlanmışdır. Birinci seriyada 76 epizod, ikinci seriyada isə 26 epizod var. Üçüncü seriya, Hajime no Ippo: Rising adlı serial 2013-cü ildə istehsal olunub və 25 epizoddan ibarətdir.

Morikawa 1991-ci ildə Hajime no Ippo üçün Kodansha Manga Mükafatı qazandı.

O, həmçinin Tokiodakı JB İdman Salonunun sahibidir.

Əsərləri ‘‘Inside Graffiti’’ (1983) — Vanşot. "Kodansha"nın nəşr etdirdiyi erkən işlərindən biridir. (1986) — 2 cilddən ibarət manqa. "Kodansha" tərəfindən nəşr edilmişdir. (1986) — 2 cilddən ibarət seriya. "Kodansha" nəşriyyatında çap olunmuşdur. (1989–indiyədək) — "Kodansha"nın ‘’Weekly Shōnen Magazine’’ jurnalında seriyalaşdırılmışdır. 143 cilddən ibarətdir və müəllifin ən tanınmış əsəridir. (2012) — 1 cilddən ibarət manqa, "Kodansha" tərəfindən nəşr edilmişdir.

İstinadlar