Kazım Yaşar oğlu Hüseynəliyev () – Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri.
Həyatı Kazım Hüseynəliyev 1987-ci il aprelin 28-də Naxçıvan şəhərində anadan olub. Evlidir, 2 övladı var.
2005–2009-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Menecment" ixtisası üzrə bakalavr təhsili alıb.
2009–2012-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Strateji idarəetmə" ixtisası üzrə magistr dərəcəsi alıb. Magistratura təhsilini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyəti 2012–2025-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf, İqtisadiyyat və Sənaye, İqtisadiyyat nazirliklərində məsləhətçi, aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 iyun tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
2024-cü ilin 11–22 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2024-cü il 10 dekabr tarixli "Təşəkkürnamə" ilə təltif edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il 6 may tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilib.
İstinadlar