26-cı Türkiyə hökuməti — və ya VIII. İnönü Hökuməti — Türkiyədə 27 May Dövlət çevrilişindən sonra keçirilən, 1961-ci il Parlament seçkilərindən sonra qurulan ilk hökumət. VIII-ci İnönü Hökuməti olaraq da bilinən bu hökumət, Türkiyə Cümhuriyyəti tarixində ilk koalisiya hökumətidir. Bu, İsmət İnönün sədr olduğu Cümhuriyyət Xalq Partiyası ilə Ədalət Partiyası arasında olan böyük koalisiya hökuməti idi və 20 noyabr 1961-ci ildən 25 iyun 1962-ci ilə qədər davam etdi.Türkiye Cumhuriyeti hükümetleri
Arxa planı 1961-ci il oktyabrın 15-də Türkiyədə keçirilən seçkilərdə CHP 36,7%, Ədalət Partiyası isə 34,8% səs topladı. Beləliklə, 450 yerlik parlamentdə CHP — 173, ƏP isə 158 mandat qazandı. İsmət İnönü Türkiyə tarixində ilk koalisiya hökumətini qurdu. Ədalət Partiyası 1960-cı il Dövlət çevrilişinin liderləri tərəfindən qadağan edilmiş Demokrat Partiyasının varisi olduğunu iddia edildi. İnönünün əsas məqsədi keçmiş çevriliş liderləri ilə Ədalət Partiyası arasında yaranmış gərginliyi aradan qaldırmaq idi. Ədalət Partiyası 26-cı Hökumətin nisbətən qısa müddətdə DP siyasətçilərinə qoyulan qadağanı aradan qaldırmağa cəhd etsə də, keçmiş çevriliş tərəfdarları bu siyasətə qarşı çıxıblar. 1962-ci il fevralın 22-də Türkiyə növbəti çevriliş cəhdi ilə üzləşdi, lakin İnönü bunu yatırmağa müvəffəq oldu.Şevket Süreyya Aydemir:İkinci Adam, Cilt III, Remzi Kitabevi, İstanbul, 1999, ISBN 975-14-0037- 6, sf 545-546
Kabinet VəzifəTürkiye Cumhuriyeti Başbakanlık VIII. İnönü Hükümeti Bakanlar KuruluAdıPartiyaQeydlər Baş nazirİsmət İnönüCümhuriyyət Xalq PartiyasıDövlət naziri və Baş nazirin müaviniƏli Akif EyidoğanƏdalət PartiyasıDövlət naziriTurhan FeyzioğluCHPMehmet Avni DoğanHıfzı Oğuz BekataCHP20 noyabr 1961 – 23 may 196223 may 1962 – 5 iyun 1962Necmi ÖktenƏdalət PartiyasıNihat SuƏdalət PartiyasıƏdliyyə NazirliyiKamal Sahir KurutluoğluBitərəf Milli Müdafiə naziriİlhami SəncərCHP Daxili İşlər naziriƏhməd TopaloğluƏP Xarici İşlər naziriSelim SarperFeridun Cemal Erkin CHPBitərəf20 noyabr 1961 – 26 mart 196226 mart 1962 – 5 iyun 1962Maliyyə naziriCHP Milli Təhsil naziriHilmi İncesuluCHPİctimai İşlər naziriEmin PaksütCHP Ticarət naziriİhsan GürsanƏPSəhiyyə və Sosial Müdafiə naziriSüleyman Suat SerenƏPGömrük naziriŞevket PulatoğluƏPKənd Təsərrüfatı naziriCavit OralƏPNəqliyyat naziriMustafa Cahit AkyarƏPƏmək və Əhalinin Sosial Müdafiəsi naziriBülent EcevitCHPSənaye naziriFethi ÇelikbaşCHPMədəniyyət və Turizm naziri Kamran EvliyaoğluƏPTikinti naziriMehmet Muhittin GüvenƏP
Sonrası Koalisiya hökumətinin son ayında əsas məsələsi keçmiş Demokrat Partiyası üzvləri üçün amnistiya qanununun ideyası idi. İnönü bu məsələdə fikir ayrılığına görə istefa etdi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə hökumətləri Kateqoriya:Türkiyənin dövlət quruluşu Kateqoriya:Türkiyədə siyasət