Pakasmayo () — Perunun şimalında olan La Libertad əyalətində Sakit okean sahilində dəniz kənarı kurort şəhəri. Tarixi Pakasmayo 10.000 ildən çoxdur ki, dənizdən qida toplayan insan qrupları tərəfindən məskunlaşdırılıb.
1775-ci ildə Peru əyalətinin qubernatoru Teodor Kruanın əmri ilə ispan konkistadorları Pakasmayonun əsasını qoydular. O vaxtdan bura İspaniya imperiyası üçün mühüm bir liman oldu. 1871-ci ildə Pakasmayo dəmir yolunun tikintisinə başlanıldı. Dəmiryolunun tikintisi Pakasmayonun qızıl dövrünün başlanğıcını qoydu və bu dövr dəmir yolunun dayandığı 1967-ci ilə qədər davam etdi. O vaxtdan bəri ticarət fəaliyyəti o qədər azaldı ki, indi dəmir yolu stansiyası tarixi abidələrə çevrildi.
XX əsrin sonlarından etibarən dalğaqıran ərazi olan El Faro (Mayak) "dünyanın ən böyük və ən çox naviqasiya edilə bilən dalğası" kimi dominantlıq edir və su idmanı həvəskarları arasında populyarlıq qazanır. Həmin çimərlikdə sörf, külək sörfü, kaytserfing və avarçəkmə ilə məşğul olmaq olar ki, bu da dünyanın müxtəlif yerlərindən bu dalğalardan zövq almaq üçün gələn xarici qonaqların sayının artmasına kömək edir. Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Peru şəhərləri