Bney-İsrael və ya marathi yəhudiləri (, , , ) — Hindistan yəhudilərinin qrupu.Fischel, Walter (1970). "Bombay in Jewish History in the Light of New Documents from the Indian Archives". Proceedings of the American Academy for Jewish Research. 38/39: 119–144. doi:10.2307/3622356. JSTOR 3622356. Tarixi olaraq Maharaştra ştatının Bombay (indiki Mumbay) şəhərinin ətrafında yaşamışdır. Onların danışıq dili yəhudi-marathi dili olmuşdur. Yazı sistemi marathi dilində olduğu kimi devanaqari əlifbası ilə ifadə edilmişdir. Marathi bazasında formalaşmış danışıq dilində ivrit, arami, yəhudi-malayalam (Koçin yəhudiləri ilə təmasların nəticəsi olaraq) və portuqal dillərindən alınmış çoxsaylı sözlər mövcud olmuşdur.
Müasir dövrdə icma üzvlərinin əksəriyyəti İsrailə köç etmişdir. İsraildə ən böyük Bney-İsrael icması Beer-Şeva şəhərində yaşayır.
İstinadlar
Kateqoriya:Yəhudi etnik qruplar Kateqoriya:Hindistanda yaşayan etnik qruplar