Devid Karson (; ) — Amerikalı qrafik dizayneri. O, daha çox tipoqrafiya sahəsindəki işləri ilə tanınır və qranj tipoqrafiya hərəkatının qabaqcıllarından biridir. "Ray Gun" jurnalının bədii rəhbəri kimi fəaliyyəti Devid Karsona dünya miqyasında şöhrət qazandırıb.
Həyatı
Karyera və uğurlar Devid Karson 8 sentyabr 1955-ci ildə Korpus-Kristi şəhərində anadan olub.) 1977-ci ildə Kaliforniya Universitetinin San Dieqo şöbəsini fərqlənmə diplomu ilə bitirib və sosiologiya üzrə bakalavr dərəcəsi alıb. 1982-ci ildən 1987-ci ilə qədər Karson Kaliforniyanın San Dieqo şəhərindəki Torrey Pines Məktəbində dərs deyib. Karsonun dizayn karyerası 1984-cü ildə "Transvorld Skateboarding" jurnalında bədii rəhbər vəzifəsinə dəvət edildikdən sonra, daha sonra isə "Beach Culture" jurnalında (1989–1991) başlayıb və burada mürəkkəb fotoqrafiya və qeyri-adi şrift kombinasiyalarından istifadə etməyə başlayıb. Karson "Beach Culture" jurnalını ən avanqard jurnallardan birinə çevirsə də, onun kommersiya uğurunu təmin edə bilməyib. Lakin jurnaldakı işi ona 150-dən çox peşəkar qrafik dizayn mükafatı qazandırıb.
Dizayn sahəsinə daxil olmamışdan əvvəl o, professional sörfçü kimi fəaliyyət göstərmişdir. 1980-ci illərin sonlarında qrafik dizayna maraq göstərməyə başlayaraq, öz üslubunu inkişaf etdirmişdir. 1990-cı illərdə Devid Karson "Ray Gun" jurnalında yaradıcı direktor kimi çalışaraq, tipoqrafiya və eksperimental tərtibatı ilə geniş tanınmışdır. O, mətnləri oxunaqlılıq qaydalarına uyğunlaşdırmadan, vizual estetikanı ön planda tutaraq, dizayna yeni bir nəfəs gətirmişdir.
Əsərləri
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:ABŞ dizaynerləri