– Yaponiya astrofiziki və nəzəri fiziki. Əsasən qara dəliklər haqqında tədqiqatlar aparmışdır.

Həyatı və karyerası Fumitaka Sato 1938-ci ildə doğulmuşdur. Yaponiya fiziki Hideki Yukavadan təsirlənərək fizik olmağa qərar vermişdir. 1972-ci ildə Kioto Universitetinin elm fakültəsində dosenti olduğu zaman digər məzun tələbə Akira Tomimatsu ilə birlikdə Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə əsaslanaraq qara dəliklərin quruluşu haqqında Tomimatsu-Sato həllini kəşf etmişdir.

1974-cü ildə Kioto Universitetində professor olduqdan sonra universitetin Yukava Nəzəri Fizika İnstitutuna və elm fakültəsinə rəhbərlik etmişdir. O həmçinin, Yaponiya Fizika Cəmiyyətinin və Yukava Memorial Fondunun rəhbəri olmuşdur. Daha sonra Kioto Universitetinin professor emeritusu olmuşdur.

14 sentyabr 2025-ci ildə Kiotoda bakterial pnevmoniyadan ölmüşdür.

Mükafatları 1973-cü ildə Nişina Memorial Mükafatına, 1999-cu ildə "Bənövşəyi lent" medalına və 2013-cü ildə "Müqəddəs xəzinə" ordeninə layiq görülmüşdür.

İstinadlar

Kateqoriya:Yaponiya astrofizikləri Kateqoriya:Yaponiyanın nəzəri fizikləri