Daşbulaq (əvvəlki adı: Qorelsk) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Qaradağ kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Gədəbəy rayonunun Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindəki Qorelsk kəndi Daşbulaq kəndi adlandırılmışdır. 24 iyun 2005-ci il tarixli 954-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Gədəbəy rayonunun Daşbulaq kəndi Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qaradağ kəndi mərkəz olmaqla, Qaradağ kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Yaşayış məntəqəsi ərazisindəki eyniadlı bulağın adı ilə adlandırılmışdır.

Coğrafiyası və iqlimi Kənd dağlıq ərazidə yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 480 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Tanınmış şəxsləri Aşıq Şahsuvar — Aşıq.

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Gədəbəy rayonunun kəndləri