"Kick Back" – Yaponiya musiqiçisi Kenşi Yonezu tərəfindən buraxılmış mahnı. 12 oktyabr 2022-ci ildə "Sony Music Records" tərəfindən rəqəmsal sinql kimi buraxılmışdır. Sinql üçün buraxılışı mövcuddur: adi CD nəşri, video nəşri və Mişar-adam nəşri. Mahnı "Chainsaw Man" anime serialının açılış mahnısı kimi istifadə olunmuşdur.
Buraxılış Mahnı "Chainsaw Man" anime serialının açılış mahnısı kimi istifadə olunmuşdur. Yonezu daha öncə "My Hero Academia" animesinin ikinci mövsümünün birinci açılış mahnısı olan "Peace Sign" mahnısını ifa etmişdi. "King Gnu" və "Millennium Parade" qruplarının üzvü Dayki Tsuneta mahnının istehsalında və aranjimanında iştirak etmişdir. "Kick Back" mahnısında "Morning Musume" qrupunun 2002-ci ildə buraxılmış "Sōda! We're Alive" mahnısından parçalar istifadə olunmuşdur.
Mahnı 19 sentyabr 2022-ci ildə "Chainsaw Man" anime serialı üçün buraxılmış önizləmə videosunda təqdim olunmuşdur. Mahnı 23 sentyabrda Tokio Metropolitan Gimnaziyasında baş tutmuş "2022 Tur / Henşin" tədbirinin ilk günündə ifa olunmuşdur. Mahnının CD sinqlı üç formatda buraxılmışdır: Mişar-adam versiyası, video versiyası və adi versiya. Mahnı ABŞ-də "Milan Records" tərəfindən buraxılmışdır.
"Kick Back" Amerika Səsyazma Sənayesi İnstitutu tərəfindən həm qızıl, həm də platin sertifikasiya almış ilk yapondilli mahnı olmuşdur. Mahnı qızıl sertifikatı 2023-cü ildə, platin sertifikatı 2025-ci ildə əldə etmişdir. 5 sentyabr 2025-ci ildə mahnının "Frost Children" hazırlanmış remiksi buraxılmışdır.
Klip Mahnının musiqi klipi 25 oktyabr 2022-ci ildə buraxılmışdır. Klipin rejissoru "Kanden" klipində və Yonezunun reklam fotolarında işləmiş Yoşiyuki Okuyamadır. Klipdə Yonezu və Dayki Tsunetada məşq salonunda məşq edirlər.
"Chainsaw Man" animesinin açılış səhnəsində bir çox filmə göndərmələr yer almışdır: "Rezervuar itləri", "Texas zəncirli mişar qətliamı", "Kriminal qiraət", "Sadako Kayakoya qarşı", "Burada qocalara yer yoxdur", "Döyüşçü klubu", "Şərin məsihi", "Bir dəfə Hollivudda", "Yuxarı baxma", "Yakobun nərdivanı", "Konstantin" və "Böyük Lebovski". Digər göndərmələrə eyni müəllifin işləri olan "Goodbye, Eri" və "Fire Punch" manqaları və "Neon Genesis Evangelion" animesi daxildir. Açılış səhnəsinin rejissoru və hekayə lövhəsi müəllifi Şinqo Yamaşitadır.
Trek siyahısı
Mükafat və hit-paradlar "Kick Back" mahnısı 2022-ci ildə "Ən yaxşı anime mahnısına görə" Reyva Anison Mükafatının qalibi olmuşdur. 2023-cü ildə "Ən yaxşı açılış mahnısına görə" Yaponiya Ekspo Mükafatına layiq görülmüşdür.
Mahnı "Japan Hot 100" həftəlik hit-paradında və "Oricon" həftəlik hit-paradında 1-ci yerə yüksəlmişdir. Mahnı həmçinin "Japan Hot Animation" həftəlik hit-paradında birinci yerə qədər yüksələ bilmişdir.
İstinadlar
Kateqoriya:Anime mahnıları Kateqoriya:Chainsaw Man Kateqoriya:2022-ci ilin mahnıları Kateqoriya:2022-ci ilin sinqlları