Cənub Keçid Şurası — Yəmən Respublikasında 2017-ci ildə Yəmən Vətəndaş Müharibəsi zamanı Cənub hərəkatı tərəfindən yaradılmış separatçı hökumət orqanı.
11 may 2017-ci ildə yaradılan Şura rəhbərlikdə Aydarus əl-Zubeydi (prezident) və Hani bin Breyka (vitse-prezident) olmaqla 26 üzvdən ibarətdir. Şura Yəmənin cənubundakı ərazilərin çox hissəsini idarə edir. Şuranın bəzi üzvləri Dali, Şəbva, Hadramaut, Lahc, Sokotra və Al-Məhrə əyalətlərinin qubernatorları olmuşlar.
Bir müddət Şura və Yəmənin tanınmış hökuməti 2015-ci ildə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənə yeridilməsi ilə şiddətlənən husi-şiə Ənsar Allah hərəkatı ilə mübarizədə müttəfiq idilər. Münaqişə boyu Şura ilə Əbül Rəbbuh Mansur əl-Hadi hökuməti arasında əsas fərq ondan ibarət idi ki, mərkəzi hökumət Səudiyyə rəhbərliyi tərəfindən, Şura isə koalisiyanın digər mühüm üzvü olan BƏƏ tərəfindən dəstəklənirdi.
Lakin sonradan Şura ilə Yəmən hökuməti arasında qarşıdurma yarandı və 2019-cu ildə BƏƏ nümayəndələri Hadinin cənubdakı mövqeyini pozmağa çalışaraq Ədən və Sokotranı ələ keçirdilər. Bu, təkcə husilərə qarşı koalisiyanın dağılması ilə bağlı deyil, hətta BƏƏ ilə Səudiyyə Ərəbistanı arasında maraqların toqquşması ilə bağlı fərziyyələrə səbəb oldu.
Səudiyyəlilər onların arasında danışıqlar başlatdılar və bu, 2019-cu ilin noyabrında Ər-Riyadda sülh sazişinin imzalanması ilə nəticələndi.Йеменский конфликт ссорит Эр-Рияд и Абу-Даби // 26.04.2020
Tarixçəsi right|thumb|Cənub parlamenti 2017-ci il aprelin 27-də Ədən valisi Aydarus əl-Zubeydi sədaqətsizlik və Cənub Hərəkatını dəstəkləmək səbəbi ilə prezident Hadi tərəfindən vəzifəsindən azad edildi. Mayın 3-də qərara etiraz olaraq Ədəndə böyük mitinqlər keçirildi. 2017-ci il mayın 11-də Şura yaradıldı.Йеменский конфликт ссорит Эр-Рияд и Абу-Даби // 26.04.2020 Bir gün sonra Hadi Şuranı qeyri-legitim elan etdi.
28 yanvar 2018-ci il tarixindən başlayaraq Şuraya sadiq separatçılar Hadinin Ədəndəki hökumət binasına nəzarəti ələ keçirdilər.Йеменский конфликт ссорит Эр-Рияд и Абу-Даби // 26.04.2020Йеменский конфликт ссорит Эр-Рияд и Абу-Даби // 26.04.2020
Şuranın prezidenti Aydarus əl-Zubeydi Ədəndə fövqəladə vəziyyət elan etdi və Hadinin Cənub üzərindəki hakimiyyətini devirmək prosesinə başladı.Йеменский конфликт ссорит Эр-Рияд и Абу-Даби // 26.04.2020
Ədən döyüşünün gedişində Şura 2018-ci ildə şəhərə nəzarəti ələ keçirdi.
29 iyul 2020-ci ildə Cənubi Yəməndəki separatçılar Səudiyyə Ərəbistanının şərtlərini qəbul etdilər və Ədəndə və əvvəllər ələ keçirilən digər bölgələrdə özünüidarəetmədən imtina etdilər.Йеменский конфликт ссорит Эр-Рияд и Абу-Даби // 26.04.2020 Yəmən hökuməti və Cənub Keçid Şurasından olan separatçılar yeni hökumətin yaradılması ilə bağlı razılığa gəldilər.Йеменский конфликт ссорит Эр-Рияд и Абу-Даби // 26.04.2020
2020-ci il dekabrın ortalarında baş nazir Main Əbdülmalik Səidin rəhbərliyi ilə yeni hökumət quruldu və beş yer Cənub Keçid Şurasının nümayəndələrinə verildi. 26 dekabr 2020-ci ildə yeni hökumət prezident Əbdül Rəbbuh Mansur Hadi qarşında and içdi.Йеменский конфликт ссорит Эр-Рияд и Абу-Даби // 26.04.2020Йеменский конфликт ссорит Эр-Рияд и Абу-Даби // 26.04.2020
İstinadlar
Kateqoriya:Yəməndə siyasət Kateqoriya:Yəməndə münaqişələr Kateqoriya:Müvəqqəti hökumətlər Kateqoriya:Yaranmamış dövlətlər Kateqoriya:2017-ci ildə yaranmış dövlətlər və ərazilər