Qaravultomba — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Parakənd kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Gədəbəy rayonunun ən qədim kəndlərindən biridir.
Toponimikası Orta dağlıq qurşaqdadır. Oykonim qaravul (gözətçi məntəqəsi, keşikçi) və tomba (türk dillərində “yüksəklik, təpə, baş”mənalarında işlənir) komponentlərindən düzəlib, ərazidəki eyniadlı təpənin adını daşıyır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Coğrafiyası və iqlimi Kənd dağlıq ərazidə yerləşir.
Əhalisi Kənddə 1000-ə yaxın ev var. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 482 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Kənd əhalisi əsasən kənd təsərrüfatı, xüsusilə kartofçuluq və heyvandarlıqla məşğul olur.
Həmçinin bax Gədəbəy rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Gədəbəy rayonunun kəndləri