Flaminio Bertoni (; ) — İtalyan avtomobil dizayneri, heykəltəraşı və memarı. Onun əsərləri öz dəbdəbəsi ilə seçilirdi və bir çox mütəxəssisin fikrincə, öz dövrünü qabaqlayırdı. "Sitroen DS"in hazırlanması ona avtomobil dizayneri kimi dünya miqyasında şöhrət qazandırdı. "Sitroen"də işlədiyi müddətdə "Traction Avant", 2CV, "H Van" və "Ami 6" kimi avtomobillər yaratdı.
O, "Əsrin Avtomobil Dizayneri" adına namizədlərdən biri idi.
Həyatı Flaminio Bertoni 10 yanvar 1903-cü ildə Varezedə anadan olub. O, gənc yaşlarından incəsənətə və memarlığa böyük maraq göstərirdi. Flaminio Bertoninin avtomobil dizaynına təsiri əsasən "Sitroen" brendi ilə əməkdaşlığı sayəsində tanınıb.
1936-cı ildə "Sitroen" dizayn mərkəzi yeni kiçik avtomobil hazırlamağa başladı. Bertoni onu o vaxtlar aviasiyada geniş yayılmış bucaqlı üslubda dizayn etməyə qərar verdi. İkinci Dünya müharibəsindən sonra bu layihə üzərində işlər davam etdi. "Citroën 2CV" "Çirkin Ördək Balası"nın dünya premyerası 1948-ci ildə baş tutdu və qarışıq ictimai reaksiyaya səbəb oldu. Lakin sonrakı qırx il ərzində dünya miqyasında beş milyondan çox ədəd satıldı və bu, həqiqətən də milli sevimliyə çevrildi. 1943-cü ildə Bertoni La Skalada prima balerina Lusine Marodon ilə tanış oldu. 1949-cu ildə onların oğulları dünyaya gəldi və həmin il Bertoni çoxdan gözlənilən memarlıq dərəcəsini aldı. O, heykəltəraşlıq, memarlıq və ixtira ilə məşğul oldu və unikal ev dizaynına patent verdi. Bu patentə əsasən, ABŞın Sent-Luis şəhərində 100 gündə 1000 ev tikildi.
O, bir neçə əfsanəvi modelin dizayneri kimi tarixə düşüb: "Citroen Traction Avant" (1934) - Bu model, ilk dəfə ön çəkiş sisteminə malik avtomobillərdən biri kimi tarixə keçdi. Bertoni, avtomobilin aerodinamik və futuristik görünüşü üzərində çalışaraq onu o dövr üçün unikal etdi. "Citroën 2CV" (1948) - Əfsanəvi "Deux Chevaux" (iki at gücü) modeli, sadəliyi və praktikliyi ilə milyonlarla insanın sevgisini qazandı. Bertoni-nin minimalizmi və funksionallığı birləşdirən dizaynı, bu avtomobili bir kult klassik halına gətirdi. "Citroen DS" (1955) - Bu model, avtomobil dizaynı tarixində inqilabi bir addım hesab edilir. Bertoni-nin futuristik xətləri və aerodinamik gövdəsi, Citroen DS-i dizayn və texnologiya baxımından dövrünün qabaqcıl avtomobili etdi.
1955-ci ildə Bertoninin ən son yaradıcılığı olan innovativ "Citroën DS Paris" Avtomobil Sərgisində nümayiş etdirildi və bu, əsl sensasiyaya səbəb oldu. Avtomobil sərgilənən digər avtomobillərlə müqayisədə heyrətamiz dərəcədə futuristik görünürdü. Zərif, şık, sadə və zərif olan bu avtomobil dərhal ziyarətçilərin diqqətini çəkdi. 1961-ci ildə "Citroën Ami 6" yaradıldı. Onun əsas dizayn xüsusiyyəti arxa dam dirəklərinin və şüşənin tərs əyilməsi idi, həmişə olduğu kimi, Bertonidə də avtomobilin görünüşü olduqca ecazkar və qeyri-adi idi. Elə həmin il dizayn, memarlıq və heykəltəraşlıq sahəsindəki xidmətlərinə görə Fransa Respublikasının "İncəsənət və ədəbiyyat" ordeni ilə təltif edildi.
Flaminio Bertoni 1964-cü ilin fevral ayında ürək tutmasından qəfil vəfat etdi.
İstinadlar
Xarici keçidlər
Biography on flaminiobertoni.it Expo Bertoni Flaminio Bertoni. Life, Genius and Works (documentary – 2007)
Kateqoriya:İtaliya dizaynerləri Kateqoriya:İtaliya şəxsləri