Əbu Abdullah Urvə ibn əz-Zübeyr ibn əl-Əvvam ibn Hüveylid əl-Qureyşi əl-Əsədi (; ) — mədinəli yeddi fəqihdən biri, hədis alimi və bioqraf.
Bioqrafiyası O, Ömərin xəlifəlik illərində, hicri 22 və ya 23-cü ildə dünyaya gəlmişdir. Atası Zübeyr ibn Əvvam, anası isə Əsma bint Əbu Bəkrdir.
O, qardaşı Abdullah ibn Zübeyrdən fərqli olaraq siyasətlə maraqlanmamış, ömrünü elmə və ibadətə həsr etmişdir.
Urvə Aişə, Zübeyr ibn Əvvam, Əsma bint Əbu Bəkr, Abdullah ibn Zübeyr, Abdullah ibn Ömər, Abdullah ibn Abbas, Əbu Hüreyrə, Zeyd ibn Sabit, Muğirə ibn Şöbə, Müaviyə ibn Əbu Süfyan, Əli, Hüseyn ibn Əli, Həsən ibn Əli, Əmr ibn Əs, Əbu Əyyub əl-Ənsari, Numan ibn Bəşir, Mərvan ibn Həkəm və başqalarından hədis rəvayət etmişdir.
Ondan da Süleyman ibn Yasar, Əbu Sələmə ibn Əbdürrəhman, Cəfər əs-Sadiq, Ömər ibn Əbdüləziz, Əta ibn Əbu Rəbah və başqaları hədis rəvayət etmişlər.
İbn Səd onu "səbt", "siqa", "fəqih", "etibarlı" və "alim" adlandırmış və ikinci təbəqədən hesab etmişdir. O, xalası Aişənin hədislərini ən yaxşı bilən şəxs hesab olunur.
Urvə ibn Zübeyrin vəfat tarixi haqqında mənbələrdə müxtəlif məlumatlar qeyd edilmişdir.
İstinadlar
Kateqoriya:Tabiinlər Kateqoriya:Hədis alimləri Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:Sünni imamları Kateqoriya:VII əsr tarixçiləri Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:İslam tarixçiləri