Qafqaz alban mədəniyyəti — qafqaz albanlarının və Qafqaz Albaniyasının mədəniyyəti.
Mədəniyyət tarixi Qədim dövrdə Qafqaz Albaniyasının əhalisi Nax-Dağıstan dil ailəsinin ləzgi qolunun müxtəlif dillərində danışan 26 tayfanın birliyindən ibarət idi. Bu tayfaların bəzilərinin adları qədim müəlliflərin əsərlərində qorunub saxlanılmışdır: albanlar, qarqarlar, utilər, gellər, leqlər, lbinlər, didurlar. Alban tayfa birliyinin üzvləri İberiya ilə Xəzər dənizi arasındakı ərazilərdə, Qafqaz silsiləsindən Kür çayına qədər, o cümlədən Böyük Qafqazın ətəklərində və müasir Dağıstanın cənubunda yaşayırdılar. Bu tayfalar iqtisadi həyat tərzinə görə fərqlənirdilər: bəziləri əkinçiliklə (suvarılan torpaqlar da daxil olmaqla) məşğul olurdu, digərləri çobanlıq edir və ya yarımköçəri həyat tərzi sürürdü.
Alban tayfalarının xələfləri ləzgi dil qrupuna aid xalqlardır: ləzgilər, rutullar, saxurlar, udilər və s.Мусаев Г. М. Цахуры. Историко-этнографическое исследование XVIII–XIX вв. / С. А. Лугуев, доктор исторических наук. — Издательский дом "Эпоха", 2009. — С. 33. — 320 с.Ибрагимов Г. Х. Историческая характеристика самоназвания цахурцев йихъбы // Ономастика Кавказа (межвузовский сборник статей). — Орджоникидзе: Северо-Осетинский гос. университет им. К. Л. Хетагурова, 1980. — С. 67. Albanlar, kadusilər, amardlar, atropatenalılar və digər İran tayfalarının qarışığı olan cənub, Xəzəryanı bölgələrin əhalisinin nəsilləri müasir talışlar və digər İrandilli xalqlardır. Şərq düzənliklərində məskunlaşan iranlılaşmış albanlar ərəblər dövründə İslamı qəbul etmiş və bir neçə əsr sonra türkləşərək Azərbaycan etnik qrupunun Qafqaz hissəsinin bir hissəsinə çevrilmişdir. Qafqaz albanları Dağlıq Qarabağ ermənilərinin, azərbaycanlıların, Kaxetiya gürcülərinin və bəzi Dağıstan xalqlarının — ləzgilərin və saxurların etnogenezinə töhfə vermişdir.James Stuart. An Ethnohistorical Dictionary of the Russian and Soviet Empires. — Greenwood Publishing Group, 1994. — P. 27, 28. — 840 p. — ISBN 0313274975, ISBN 978-0-313-27497-8.
Arxeoloji tapıntılar bu ərazilərdə Midiya-Əhəməni təsirini ortaya çıxarmışdır. 1960–1970-ci illərdə aparılan qazıntılar zamanı Persepolisdəkinə bənzər silindrik formalar və sütunlar aşkar edilmişdir. Müasir dövrdə isə beynəlxalq arxeoloqlar qrupu Şəmkir rayonunun Qaracəmirli kəndində Persepolisdəki Əhəməni sarayına bənzər və 1000 kvadrat metr ərazini əhatə edən bir tikilinin xarabalıqlarını aşkar etmişdir. Bu tikililər Əhəməni imperiyasının süqutundan sonra onun ərazisini tərk edən Əhəməni məmurlarının yaşayış yeri kimi xidmət etmiş ola bilər. Saray qalıntılarında tapılan dulusçuluq nümunələri də Əhəməni dövrünün fars modelləri ilə yaxınlığı göstərir.Farrokh, 2019, p. 22.
Mingəçevirdə eramızdan əvvəl V əsrə və ehtimal ki, daha əvvələ aid arxeoloji tapıntılar Xəzər albanları, midiyalılar və farslar arasında mədəni yaxınlığı təsdiqləyir və bu yaxınlıq məişət əşyalarının — bürünc möhür üzüklərinin, daş qabların və digər nümunələrin üslub, texnika və mövzularındakı oxşarlıqlarla sübut edilir.Тревер, 1960, с. 58.Тревер, 1960, с. 54. Arxeoloji mədəniyyətlərə aid, xüsusən də Yaloylutəpə mədəniyyətinə aid nümunələr Qafqaz Albaniyasının qədim tarixini göstərir.Ялойлутепинская культура // Экслибрис — Яя. — М. : Советская энциклопедия, 1978. — (Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров ; 1969–1978, т. 30). Yaloylutəpə keramikasının yüksək bədiiliyi sübut edir ki, Qafqaz Albaniyası əhalisi təkcə qonşu Zaqafqaziya xalqları ilə deyil, həm də Kiçik Asiya və Qərbi Asiya ilə mədəni əlaqələrə malik idi.Тревер, 1960, с. 58.
Kimlik
III Vaçaqanın (h.i. 487–510) 488-ci ildə çağırdığı Aquen kilsə məclisində hökmdarın adı ilə adlandırılan qanunlar qəbul edilmişdir. Bu qanunlar Alban Kilsəsinə Erməni Həvari Kilsəsi ilə müqayisədə, xüsusi dini və ritual tipli kimlik vermək üçün, siyasi səbəblərdən qəbul edilmişdi.
Ermənidilli mənbələrdə alban və erməni olmaq fərqləndirilir. X əsrdə Moisey Dasxuranlı "Alban ölkəsinin tarixi" əsərində vətən torpağı, onun tarixi və tarixçinin özünü də daxil etdiyi əhalisi haqqında aydın təsəvvür yaratmışdır.
Heretinin İşxan Əbu Əbdülmalik (h.i. ən tezi 944-dən ən geci 1110-cu ilə qədər) və Çariça Dinar hakimiyyəti dövründə diofizitliyə keçməsi nəticəsində Albaniyanın ortaq ruhani quruluşu dağılmışdır. Bu, Albaniyanın iki ünsürü arasında Kürün yenidən sərhədə çevrilməsinə səbəb olmuşdur. Albaniyanın böyük knyazı Kürün sağ sahilinin hökmdarı olmuşdur. Ümumi kimliyin itirilməsi siyasi kimliyin itirilməsinə və alban knyazlıqlarının yoxa çıxmasına səbəb olmuşdur.
Albaniya məleykəsi II Şahanduxt (XI–XII əsrlər) Bağk kralı olan, əri I Qriqorla birlikdə öz yerini möhkəmləndirmək və Bağk və Ktiş birliyini gücləndirmək üçün alban irsini xüsusi vurğulamışdır. Yoldaşının uşağı olmadığından hakimiyyət II Şahanduxtdan Sənəkərimə keçmişdir. O, isə öz səltənətinin Bağkdan sonra Sünikin digər bölgələrinə də genişlənməsini qanuniləşdirmək və Ani Şəddadi əmirinin ərazi iddialarına qarşı etirazını göstərmək üçün erməniliklə əlaqəsini vurğulamağı seçmişdir. Gəncəli Kirakosun vaxtında Gəncə şəhəri mürəkkəb erməni-alban xristian kimliyi və İslam kimliyi arasında əlaqə nöqtəsi idi.
Bütün bunlara baxmayaraq, Alban kilsəsinin Albaniyanın süqutundan sonra varlığını davam etdirməsi alban kimliyinin mövcudiyyətini davam etdirməsinə səbəb olmuşdur. Məsələn, XV əsrdə Gəncəsər monastırı Alban Katolikosluğunun mərkəzi olmuşdur, hansı ki kilsənin özü Həsən Cəlal tərəfindən XIII əsrdə tikilmişdir. Albaniyanın sağsahili əhalisi üçün alban kimliyi vacib ünsür olmuş, orta əsrlərdən müasir dövrlərə qədər bu kimlik varlığını sürdürmüşdür.
Dil
300px|thumb|right|Üzərində qafqaz alban yazısı olan daş. Mingəçevir yazıları Alban dili çoxdilli Albaniyanın dillərindən biri idi, bu dillər arasında yazısı olan tək dil idi. Alban dili udi dilinin əcdadı idi və Nax-Dağıstan dillərinin ləzgi dillərinə daxil idi. Alban və proto-udi dilləri arasındakı parçalanma, ehtimal ki, eramızın ilk əsrlərində baş vermişdir. Lakin bu prosesin baş verdiyi bölgə hələ də müəyyən edilməmişdir. Təklif olunan nəzəriyyələrdən biri budur ki, bu iki Qafqaz dili şimaldan cənuba, o cümlədən Kür çayının sağ sahilinə keçmiş və burada iki dildə danışanlar irandillilərlə sıx təmasda olmuşdur. Alban dili tam iranlaşma problemi ilə üzləşmişdi: cənubdan Sasani köçkünləri tərəfindən gətirilən Orta Midiya və pəhləvi dilləri əhali arasında yayılmağa başlamışdı.
Albaniyanın xristianlaşdırılması və kilsə xidmətlərində alban dilindən istifadə edilməsi bu dilin Parfiya və pəhləvi dillərinə tam assimilyasiyanın qarşısını almışdır. Yerli avtokefal kilsə ilə sıx əlaqəli olan alban dili dini kimliyin və ehtimal ki, siyasi kimliyin göstəricisi kimi istifadə edilirdi.
Albaniyanın hakim elitasının hansı dildə danışdığı dəqiq məlum deyil, lakin bu dil, ehtimal ki, rəsmi dil olan pəhləvi dili idi. Albaniya çarı Yesuagenin və Alban katolikosunun rəsmi möhürlərindəki, pəhləvi dili ilə yazılmış titul yazıları bu dilin və yazının ən ali Alban zadəganları və ruhaniləri arasında vacib rolunu nümayiş etdirir. Eyni zamanda, IV–VI əsrlərdə alban dili Albaniyanın hakim təbəqəsinin mədəniyyətinin bir hissəsi idi.
VIII əsrin əvvəllərində Alban Kilsəsi Erməni Apostol Kilsəsinin nəzarəti altına keçdikdən sonra alban dili tədricən dini kimliyin elementi olmaqdan çıxmış və yerini erməni dilinə vermişdir. Bundan əvvəl də alban dili ədəbi və ortaq koine dili olaraq inkişaf etməmişdir. VIII əsrdən etibarən erməni dili ədəbi dil kimi istifadə olunmağa başlamışdır. Alban dili sadəcə olaraq ünsiyyət dilinə çevrilmiş, buna baxmayaraq, yerli əhali mədəni və sosial xüsusiyyətlərini qoruyub saxlamışdır.
"Qədim Dünya Tarixi" əsərinin müəlliflərinin qeyd etdiyi kimi, Albaniyanın və tarixinin dil müxtəlifliyi onun ərazisində linqva franka (ortaq dil) yaradılması prosesinin başqa şəkildə getməsinə gətirib çıxarmışdır. Zərdüşt təsirinin güclü olduğu Xəzəryanı bölgələrdə Orta Midiya dili ortaq dil kimi istifadə olunurdu və bu da sonradan bəzi ərazilərdə (talış və ona yaxın, indi yoxa çıxmış dialektlər) ümumi dilə çevrilmişdir; əvvəllər güclü erməni təsiri olan, ermənidilli bölgələrə bitişik ərazilər üçün erməni dili ortaq dil kimi istifadə edilmişdir.
Əlifba
200px|thumb|right|Alban əlifbası əlyazması Murtazalı Hacıyev qeyd edir ki, V əsrə qədər Albaniyada inzibati və diplomatik sənədlər üçün arami əlifbası və dili, daha sonrakı dövrdə isə pəhləvi dili istifadə olunurdu.Murtuzali S. Gadjiev. The Writing of Caucasian Albania (англ.) // Selective remembrances: archaeology in the construction, commemoration, and consecration of national pasts. — University of Chicago Press, 2007. Albaniyanın yeganə məlum dili "qarqar" kimi tanınan Aqvan dilidir. Movsey Kalankutlunun sözlərinə görə, bu dilin əlifbası Mesrop Maştots tərəfindən alban yepiskopu Ananiya və tərcüməçi Benjaminin köməyi ilə yaradılmışdır.Jost Gippert, Wolfgang Schulze. Some Remarks on the Caucasian Albanian Palimpsests (англ.) // Iran and the Caucasus. — E. J. BRILL, 2007.
V əsr erməni yazıçısı, "Maştotsun həyatı" əsərinin müəllifi Koryun bildirir ki, alban əlifbası 415–420-ci illər arasında Ermənistandan gələn Mesrop Maştots tərəfindən yaradılmışdır. Koryunun məlumatları Kamilla Trever və V. Seibt tərəfindən ayrıca nəzərdən keçirilmiş və təhlil edilmişdir.
Peyğəmbərlərin kitabları, Həvarilərin işləri və İncil alban dilinə tərcümə edilmişdir; bir müddət rəsmi yazışmalarda alban əlifbasının qəbul edildiyi güman edilir. Bu günə qədər eramızın VI–VIII əsrlərinə aid qab-qacaq və dini binalar üzərində yazılmış bir sıra alban epiqrafik nümunələri aşkar edilmişdir.Климов, 1999, с. 459–460.
1996-cı ildə Zaza Aleksidzenin rəhbərlik etdiyi Gürcüstan Elmlər Akademiyasının ekspedisiyası Sinaydakı Müqəddəs Yekaterina monastırında təxminən 120 səhifədən ibarət olan və üzərində gürcü mətni yazılmış alban mətni olan bir palimpsest aşkar etmişdir. Palimpsest, qismən erməni və gürcü əlifbalarına əsaslanan 59 hərfli əlifba və qədim Efiopiya dilinin heca yazısından istifadə edilərək tərtib edilmişdir. Palimpsestin deşifrə edilməsi 2008-ci ildə iki cilddə ayrıca kitab şəklində, tarixi esse, qrammatikanın qısa təsviri və lüğətdən ibarət olaraq nəşr olunmuşdur.J. Gippert, W. Schulze, Z. Aleksidze, J. P. Mahé. The Caucasian Albanian Palimpsests of Mount Sinai (англ.). — Brepols, 2008. Bu nəşrdə mətnin tarixinin təyin edilməsi və mənşəyi ilə bağlı yekun fikir təmkinlə verilmişdir: bu və ya digər tarixin seçilməsinin lehinə olan arqumentləri nəzərə alaraq müəlliflər iddia edirlər ki, aşkar edilmiş Qafqaz Alban mətnləri "görünür, VII əsrin sonu ilə X əsr arasında yazılmışdır, ikinci tarix seçimi (X əsr) isə daha çox ehtimal olunur". Tərcümənin mənbəyinə gəldikdə isə, mətnlər həm erməni, həm də gürcü, eləcə də bibliya tərcümələrinin yunan və Suriya versiyaları ilə oxşarlıqlar göstərir.
Ədəbiyyat 200px|thumb|left|Sinay palimpsesti Ermənistan və Gürcüstanda yazılı dilin yaradılmasından dərhal sonra orijinal əsərlər və tərcümə ədəbiyyatı ortaya çıxmış, ancaq eyni proses Albaniyada alban dili üçün baş verməmişdir. Dini kitablar və bəzi digər mövzulu kitablar alban (Aqvan) dilinə tərcümə edilmiş, lakin alban ədəbiyyatı uzun müddət mövcud olmamışdır. Bunun bir səbəbi Partav ətrafındakı əhalinin yalnız az bir hissəsinin alban (Aqvan) dilində danışması, Albaniyanın digər yerlərində isə digər dillərin və ləhcələrin danışılması idi. A. Redqeytə görə, alban əlifbasının yaradılmasından sonra alban dilində həqiqi alban ədəbiyyatı heç bir zaman yaranmamışdır.