Ural reksi — Dünya Pişik Federasiyası (WCF) tərəfindən tanınan pişik cinsi.
Ümumi məlumat Uralın kənd və qəsəbələrində yaşayan qıvrım tüklü pişiklər haqqında ilk qeydlər İkinci Dünya müharibəsindən əvvəlki və müharibə dövrünə aiddir. Müharibədən sonra onların sayı xeyli azalıb və uzun müddət nəsli kəsilmiş hesab edilib, baxmayaraq ki, 1960-cı illərdən bir neçəsi haqda məlumat var idi. Ural reksi cinsinin banisi 1988-ci ildə Rusiyanın Sverdlovsk vilayətinin Zareçnı şəhərində anadan olmuş Vasili adlı qıvrım tüklü erkək pişik olub. Hazırda nüfuzlu Dünya Pişik Federasiyasında qeydiyyatdan keçmiş bütün Ural reksi pişikləri öz nəsillərini onun qıvrım tüklü nəsillərinə bağlayır. Zareçnı populyasiyasına əlavə olaraq, Sverdlovsk və bir neçə digər Ural bölgələrində də qıvrım tüklü pişiklərin digər populyasiyaları aşkar edilib. Cins aşağıdakı felinoloji sistemlərdə tanınır: WCF, FARUS və IFA.
Bu cinsin dişiləri 3–3,5 kq, erkəkləri isə 4–6 kq çəkidədir.
Ural reksi balasının orta qiyməti 15.000 ilə 50.000 rubl arasında dəyişir və ömrü 12–16 ildir. срок жизни 12–16 лет.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Pişik cinsləri