"Cahangirbəyli" su-elektrik stansiyası — Azərbaycan Respublikasının Zəngilan rayonunda, Araz çayının sol qolu olan Oxçuçay üzərində yerləşən su-elektrik stansiyasıdır. Stansiya "AzərEnerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa edilmiş və Oxçuçay üzərində yaradılan Zəngilan su-elektrik stansiyaları silsiləsinin tərkib hissəsidir.

Tarixi "Cahangirbəyli" su-elektrik stansiyasının açılışı mərasimi keçirilmiş, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.

Texniki göstəricilər və infrastruktur Stansiyanın qoyuluş gücü 10,5 meqavatdır. Maşın zalında hər biri 5,25 meqavat gücündə olan iki frensis tipli ekoturbin və generatorlar quraşdırılmışdır. İl ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisinin istehsalı nəzərdə tutulur.

Energetika Nazirliyinin məlumatına əsasən "Cahangirbəyli" su-elektrik stansiyasında istismar dövründə 24,65 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmişdir.

"Cahangirbəyli" su-elektrik stansiyası Oxçuçay üzərində dəniz səviyyəsindən təxminən 600 metr yüksəklikdə inşa edilmiş baş suqəbuledici qurğu vasitəsilə su ilə təmin olunur. Baş suqəbuledicidən çıxan suyun bir hissəsi çay məcrasında saxlanılmaqla, qoşa derivasiya boruları vasitəsilə stansiyaya yönəldilir və istifadə edildikdən sonra yenidən çaya qaytarılır.

Stansiya rəqəmsal idarəetmə sistemləri, məsafədən nəzarət imkanları və ekoloji tələblərə uyğun texnoloji avadanlıqlarla təchiz edilmişdir. Ərazi üzrə yaşıllaşdırma işləri aparılmış, stansiyanın ətrafında minlərlə ağac əkilmişdir.

Layihələndirmə və tikinti mərhələlərində ekoloji normalara riayət edilmiş, çay ekosisteminin qorunması məqsədilə dib sutullayıcı, lil ötürücü, suaşıran və balıq vətəgə qurğuları yaradılmışdır. Quraşdırılmış ekoturbinlər su səviyyəsi azaldıqda avtomatik dayanma funksiyasına malikdir və suyun keyfiyyətinə mənfi təsirin qarşısını alır.

İstinadlar

Kateqoriya:Azərbaycan su-elektrik stansiyaları Kateqoriya:Zəngilan rayonu