Edvard Fella (; ) — Amerikalı qrafik dizayneri, rəssamı və müəllimi. O, 1993-cü ildə OutWest şriftini yaratmışdır.

Həyatı 250px|thumb|right|Edvard Fellanın yaratdığı OutWest şrifti Edvard Fella 1938-ci ildə Miçiqan ştatının Detroyt şəhərində orta təbəqə ailəsində anadan olub. Detroytdakı Kass Texniki Liseyində oxuyub və orada hərf, illüstrasiya, yapışdırma və digər kommersiya sənəti texnikalarını öyrənib. O, 1957-ci ildə ordan məzun olub və kommersiya qrafika sənayesinə daxil olub.

Edvard Fella 1957-ci ildən 1987-ci ilə qədər 30 il kommersiya rəssamı olub. Bu müddət ərzində yaratdığı əsərlərin əksəriyyəti avtomobil və səhiyyə posterləri olub. Fellaya qəribə illüstrasiya tərzinə görə "zinq kralı" adı verilib. Fella 1993-cü ildə OutWest şriftini yaratması ilə məşhur olub.

Onun əsərləri Kuper-Hyuitt, Milli Dizayn Muzeyi, Brauer İncəsənət Muzeyi və Müasir İncəsənət Muzeyinin kolleksiyalarında saxlanılır. O, 2007-ci il AIGA Medalı ilə təltif olunub. O, həmçinin 1997-ci ildə Chrysler Mükafatı laureatı olub. Kurt Kloninqer Fellanı "əl ilə çəkilmiş tipoqrafiyanın müasir ustası" adlandırıb.

İstinadlar

Xarici keçidlər