Covanni Batista Farina və ya Covanni Batista Pininfarina (; ) — İtalyan avtomobil dizayneri və mühəndisi, "Pininfarina" avtobus istehsalı və dizayn firmasının təsisçisi.
Həyatı Covanni Batista Farina 2 noyabr 1893-cü ildə Turin şəhərində anadan olmuşdur. O, uşaq yaşlarından avtomobillərə böyük maraq göstərirdi. 12 yaşında olarkən qardaşının işlədiyi "Stabilimenti Farina" adlı avtomobil atelyesində işləməyə başladı. Burada avtomobil gövdələrinin hazırlanması və dizaynı ilə bağlı dəyərli təcrübə qazandı. Gənclik illərində o, dizaynın funksionallıqdan daha çox incəsənət kimi qəbul edilməsinin tərəfdarı idi. 1930-cu ildə Battista öz şirkətini — "Carrozzeria Pinin Farina"nı təsis etdi.
Covanni Batista Farinanın ən böyük uğurlarından biri "Ferrari" ilə əməkdaşlıq etməsi idi. O, Enzo Ferrari ilə sıx əlaqələr quraraq, bir çox "Ferrari" modellərini dizayn etdi. "Ferrari 250 GT", "Ferrari Dino", "Ferrari 275 GTB" kimi klassik modellər "Pininfarina"nın yaradıcılığı nəticəsində avtomobil tarixində xüsusi yer tutdu.
1950-ci illərdə Batista Farina Avropa dizayn estetikasını Amerika bazarına təqdim etmək üçün "General Motors", "Nash" və "Cadillac" kimi markalarla əməkdaşlıq etdi. O, "Nash-Healey" və "Cadillac Eldorado Brougham" kimi modelləri dizayn edərək, "Pininfarina"nın qlobal nüfuzunu artırdı.
1961-ci ildə Battista Farinanın uğurlarını tanıyan İtaliya hökuməti ona rəsmi olaraq "Pinin" (kiçik) ləqəbini soyadına əlavə etməyə icazə verdi. Beləliklə, o, rəsmi olaraq Battista Pininfarina adını aldı.
Covanni Batista Pininfarina 3 aprel 1966-cı ildə vəfat edib.
İstinadlar
Xarici keçidlər
Biography at Company's Official Website European Automotive Hall of Fame Inductee
Kateqoriya:İtaliya dizaynerləri Kateqoriya:Maşınqayırma mühəndisləri Kateqoriya:İtaliya şəxsləri