David Loriya - Qazaxıstanlı futbol oyunçusu. Qapıçı mövqeyində çıxış edir. 2014-cü ildən Türkiyənin Karşıyaka klubunun oyunçusudur.

Karyerası David Loriya bir çox klubun formasını geymişdir. Daha çox icarədə oynadığı klublarda tanınmışdır. 2012-ci ildə Çaykur Rizespora transfer olmuşdur. 2013-cü ildə Kayrat FK-ya dönmüş, amma sonra Karşıyaka klubuna transfer olmuşdur.

Milli karyerası Qazaxıstan milli futbol komandası ilə Dünya çempionatının 2002, 2006 və 2010-cu illəri və Avropa çempionatının 2008-ci il üçün olan seçmə mərhələlərinə qatılmışdır.

Uğurları

Şəxsi 2000 - Qazaxıstanda ən yaxşı qapıçı 2006 - Qazaxıstanda ən yaxşı qapıçı 2006 - "GOAL Journal" jurnalına görə Qazaxıstanın ən yaxşı qapıçısı

Komanda Astana FK ilə: Qazaxıstan çempionluğu: 2002, 2001, 2006 Qazaxıstan kuboku: 2000, 2002.

Xarici keçidlər Oyunçu haqqında

Kateqoriya:Qazaxıstan futbolçuları Kateqoriya:Allsvenskan futbolçuları Kateqoriya:Qazaxıstan Premyer Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Çaykur Rizəspor futbolçuları Kateqoriya:Kayrat FK futbolçuları Kateqoriya:Spartak-Nalçik FK futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Yəhudi futbolçular Kateqoriya:Astana FK futbolçuları Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları