Gərməşöylü — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düz Rəsullu kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd XVIII əsrin əvvəllərundə salınıb. Yerli əhalinin məlumatına görə, Gərməşöylü kəndini Düz Rəsullu kəndinin bünövrəsini qoymuş Rəsul adlı şəxsin oğlu Məşədi Nəbi salmışdır. Kənddəki nəsillərdən biri də bu səbəbdən "Nəbilər" nəsli adlanır. Bu kənddə əsasən iki qohum nəsil "Sərdarlı" və "Nəbilər" nəsli məskunlaşmışlar. Kəndə 1993-cü ildə Düz Rəsullu inzibati ərazi vahidiyinin tərkibində status verilmişdir.
Toponimikası Şahdağ silsiləsinin (Kiçik Qafqaz) şimal yamacındadır. Əsl adı Gərməşovludur.Yaşayış məntəqəsi vaxtilə gərməşov ağacının çoxluq təşkil etdiyi sıx meşənin talasında salındığından belə adlandırılmışdır. Hazırda kəndin ərazisində tək-tək germəşov ağacına təsadüf olunur. Tovuz r-nunda Gərməşoylu dağ, Gərməşovlu qobu oronimləri qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 73 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Tanınmış şəxsiyyətləri Nizami Zeynalov (Riyaziyyat müəllimi — Azərbaycan Respublikasının əməkdar müəllimi.
Həmçinin bax Gədəbəy rayonu Düz Rəsullu Təkyemişan
Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti http://modern.az
İstinadlar
Kateqoriya:Gədəbəy rayonunun kəndləri