Kirman Səlcuq dövləti (1048-1188) – Alp Arslanın qardaşı Qavurd bəyin üsyan ilə Böyük Səlcuq İmperiyasından ayrılıb qurduğu dövlət idi. Dövlətin hakimləri Kirmanşahlar adlanırdı.

Tarixi Dövlətin əsasları Çağrı bəyin oğlu Qavurd bəyin 1048-ci ildə bölgəni ələ keçirməsi ilə qoyulmuşdu. Bölgə Büveyhi əmirlərinin canişini olan Bəhram ibn Ləşkəristan tərəfindən idarə olunurdu. Səlcuqların işğalından sonra əmisi Toğrul bəyin adına xütbə oxutduran Qavurd bəy Kirman hakimi kimi təsdiqlənmişdi.

Alp Arslan 1072-ci ildə hakimiyyəti oğlu Məlikşaha vəsiyyət edib vəfat edəndə Qavurd bəy bu vəziyyətə razı olmayıb Kirmanda üsyana başlamışdı. Üsyan uğursuz nəticələnsə də Qavurdun davamçıları hakimiyyətlərini qoruyub saxlaya bilmişdilər.

Dövlət II Məhəmmədin Oğuz sərkərdəsi Məlik Dinara məğlub olmasından sonra dağılmış və Kirman Oğuz dövləti tərəfindən əvəz olunmuşdur. Ərazisi Dövlətin ərazisi Kirman və Sistan kimi vilayətlərdən əlavə müasir BƏƏ və Oman bölgələrindən də ibarət idi.

Hökmdarları

Qavurd bəy Kirman şah Sultan şah Turanşah İranşah Arslanşah I Məhəmməd şah Toğrul şah Bəhramşah II Arslanşah II Turanşah II Məhəmmədşah

Mənbələr

Sədrəddin Hüseyni - Zəbda əl Təvarix Əbu Həmid Kirmanı - Səlcuqiyan və Ğuz dər Kirman

Kateqoriya:Tarixi türk dövlətləri Kateqoriya:Səlcuq sülaləsi Kateqoriya:Kirman ostanı Kateqoriya:İran tarixi Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:Asiyanın tarixi dövlətləri