Atatürk Evi və Etnoqrafiya Muzeyi () — Süsoy ailəsinin yaşadığı və Mustafa Kamal Atatürkün prezident kimi şəhərə səfərləri zamanı qaldığı Tokat şəhərinin mərkəzindəki tarixi malikanədə yerləşən ev və etnoqrafiya muzeyi.
XIX əsrə aid olan malikanə, Dəvəgörməz məhəlləsində, Şeyx Şirvani küçəsi 6-da yerləşir. Muzey olaraq 26 iyun 2007-ci ildə ictimaiyyət üçün açılıb. Tarixi XIX əsrin II yarısında tikilmiş malikanə, Çanaqqala döyüşü və Türkiyənin İstiqlaliyyət müharibəsi zamanı Mustafa Kamal Paşanın rəhbərliyi altında qərargah zabiti vəzifəsində çalışmış kapitan Mustafa Vəsfi bəyə məxsus olub. Prezident olaraq Tokata səfərləri zamanı Paşa bu evdə qalırmış.
Cümhuriyyətin elan edilməsindən sonra 1924-cü ilin payızında ölkə daxilinə etdiyi səfərlər zamanı 25 sentyabr 1924-cü ildə həyat yoldaşı Lətifə xanımla birlikdə Tokata gələn Mustafa Kamal Paşa iki gecə bu malikanədə qaldı. Bu səfəri zamanı Tokatda məktəbə ehtiyac olduğunu görən Mustafa Kamal evin yerləşdiyi məhəllədə Qazipaşa ibtidai məktəbinin inşa edilməsi əmrini verdi. Təməli 1924-cü ildə Qazi tərəfindən qoyulan məktəb 1928-ci ildə açıldı.
1928-ci ildə Türkiyə əlifba inqilabı ilə eyni vaxta təsadüf edən ölkə miqyaslı səfəri zamanı Mustafa Kamal 19 sentyabrda Tokatdakı vilayət qubernatorluğunda hökumət rəsmiləri və ictimaiyyət nümayəndələri ilə görüşdü və salonda olanları yeni əlifba ilə bağlı sınaqda etmişdi. Mustafa Vəsfi bəyin evində nahar etdikdən sonra Tokatdan ayrılmışdı.
1930-cu ildə ölkə daxilinə səfəri zamanı Mustafa Kamal Paşa 21 noyabrda Tokata gəldi. Bələdiyyə binasında keçirilən qarşılama mərasimindən və nahardan sonra Tokat millət vəkili Mustafa bəyin evinə getdi.
Mustafa Vəsfi bəyin 1934-cü ildə vəfatından sonra, evindəki əşyalar bir otağa yığılaraq mühafizə edildi. Bina 2001-ci ildə milliləşdirilib; 2003-cü ildə Mədəniyyət və Turizm Nazirliyinə verildikdən sonra, bərpa edilərək muzeyə çevrilib. Atatürkün şəxsən istifadə etdiyi əşyalar əvvəlki yerlərində yerləşdirilib; evin digər hissələri XIX əsrin sonu XX əsrin əvvəllərinə aid Tokat evində olan əşyalarla təchiz edilib. Malikanə 26 iyun 2007-ci ildə "Tokat Atatürk Evi və Etnoqrafiya Muzeyi" kimi açılıb.
Memarlığı Bina, bağçalı üç mərtəbəli malikanədir. Mərtəbələrin sayı, çıxıntılar, pəncərə və qapı nisbətləri ənənəvi Anadolu və Tokat evləri üslubundadır. Binanın iki girişi var: biri ön küçədən; digəri isə bağa və binaya aparan arxa küçədən. Həyətin hər iki tərəfində yerləşən otaqları şimal-şərq və şimal-qərb istiqamətlərində uzanır.
Birinci mərtəbəsində fəvvarəsi də vardır. Daş döşənmişyerdən ümumi otağa və kiçik giriş zalına daxil olunur. Giriş zalının solunda "iş otağı" və "Atatürkün qəhvə içdiyi otaq" kimi tanınan otaq; sağda isə mətbəx yerləşir. Taxta pilləkənlə çıxılan ikinci mərtəbədə iki divanın ətrafında sıralanmış otaqlar var. Otaqlardan biri "Atatürkün yataq otağı" olaraq dizayn edilib. Bütün otaqların döşəmə və tavanları taxtadır. Üçüncü mərtəbədə kiçik bir divan və ona açılan panoramik otaq var.
İstinadlar
Kateqoriya:Atatürk muzeyləri