Fikrət Otyam (; ) — Türkiyə rəssamı, jurnalisti və yazıçısı.
O, Anadolu və Cənub-Şərqi Anadolu ilə bağlı qələmə aldığı reportajlarla tanınmışdır. Bu reportajlarını çoxsaylı kitablarında toplamağa nail olmuşdur. Reportaj və fotoşəkillərində olduğu kimi, rəsm əsərlərində də Anadolu insanını təsvir etmişdir. Yaradıcılığında tez-tez keçi fiqurlarına və başı örtülü Anadolu qadınlarına yer vermiş, Anadolu qadınlarını iri gözlü, kiçik burunlu və kiçik ağızlı şəkildə təsvir etmişdir.
Bəstəkar və orkestr dirijoru Nədim Vasif Otyamın, əczaçı və şair Nüsrət Kamal Otyamın qardaşı, toxuculuq və fotoqrafiya sənətçisi Filiz Otyamın həyat yoldaşıdır.
Həyatı
1926-cı ildə Aksarayda anadan olmuşdur. Atası hərbçi və əczaçı Vasif Əfəndi, anası Naciyə xanımdır. Nədim və Nüsrət Kamal adlı iki böyük qardaşı, Nəşəcən adlı bir bacısı olmuşdur. İsmət İnönünün silahdaşlarından olan atası Vasif Əfəndi ordudan təqaüdə çıxdıqdan sonra Aksarayda əczaçılıq fəaliyyəti ilə məşğul olmuşdur. İlk və orta təhsilini Aksarayda tamamlayan Otyamın lisey təhsili fasilələrlə Ankara və Kayseridə davam etmişdir.
Liseyi bitirdikdən sonra İstanbula gedərək Dövlət Gözəl Sənətlər Akademiyasının Yüksək Orta Rəsm Bölməsində təhsil almış, tanınmış rəssam Bədri Rəhmi Əyyuboğlunun emalatxanasında dərslər keçmişdir. 1953-cü ildə məzun olmuşdur. Həmin il ailə həyatı qurmuş, bir il sonra qızı Elvan dünyaya gəlmişdir. Bu evlilikdən İrəp və Dönə adlı daha iki qızı olmuşdur.
Jurnalistika fəaliyyətinə 1950-ci ildə, hələ Dövlət Gözəl Sənətlər Akademiyasında tələbə olduğu dövrdə "Son Saat" qəzetində başlamışdır. Falih Rıfkı Atayın nəşr etdirdiyi "Dünya" qəzetində yazıçı və Mətbuat katibi Əli Ehsan Qöyüşün köməkçisi kimi çalışmış, daha sonra "Ulus" qəzetində fəaliyyətini davam etdirmişdir.
1953-cü ildə ilk dəfə Cənub-Şərqi və Şərqi Anadoluya səfər edən Otyam jurnalistlik fəaliyyəti boyunca Anadolu və Cənub-Şərqi Anadoluya dair yazdığı reportajlarla geniş tanınmışdır. Bu yazılarını çoxsaylı kitab halında nəşr etdirmişdir. 1964-cü ildə yazıçı Vilyam Saroyan ilə birlikdə Bitlisi gəzmişdir. İlk həyat yoldaşından ayrıldıqdan sonra 1977-ci ildə sənətçi Filiz Otyam ilə evlənmişdir.
Uzun illər "Cumhuriyet" qəzetində köşə yazarı kimi çalışan Otyam Abdi İpəkçinin qətlindən sonra öz həyatının da təhlükə altında olduğunu düşünərək təqaüdə çıxmağa qərar vermişdir. Antalyanın Qazipaşa rayonunda, Selinus qalasının aşağısında, Dəliçay sahilində bir ev tikdirmiş, 1979-cu ildə həyat yoldaşı Filiz Otyam ilə birlikdə buraya köçmüşdür. Bu dövrdə əsasən rəsm yaradıcılığına və kitablarının nəşrinə diqqət yetirmişdir. Son olaraq "Aydınlık" qəzetində köşə yazarlığı etmişdir.
Aralıq dənizi Jurnalistika Fondu və Altın Portakal Mədəniyyət və İncəsənət Fondunun qurucu üzvlərindən biri olmuşdur. Böyrək çatışmazlığı səbəbilə bir müddət müalicə alan Fikrət Otyam 8 avqust 2015-ci ildə Antalyada vəfat etmişdir. Cənazəsi Nevşehirin Hacıbektaş rayonunda yerləşən "İz Buraxan Aydınlar Qəbiristanlığı"nda dəfn edilmişdir.
Mirası Vəfatından sonra Otyamın xatirəsinə Ankarada Çankaya Müasir İncəsənət Mərkəzində anım mərasimi təşkil olunmuşdur.
Kitabları
Səyahətnamələr Gide Gide 1 - Ha bu diyar (1959) Gide Gide 2 - Doğudan Gezi Notları (1960) Gide Gide 3 - Harran/Hoyrat/Mayın ve Irıp (1961) Uy Babo (1962) Topraksızlar (1963) Hu Dost (1964) Bir Karış Toprak İçin (1965) Oy Fırat Asi Fırat (1966) Korku ve Kaymakam Babo (1968) Can Pazarı Vay Kurban, Hayvanlar ve İnsanlar (1969) Ne Biçim Amerika, Ne Biçim Rusya (1970) Karasevdam Anadolum (1976) Mayınlı Topraklar Üzerinde (1977) Adı Yemendir (1981) Şu Bizim Gazipaşa ve İsmet Paşalı Yıllar (1984) Harran Koçaklaması (1987)
Ey Samandağ Samandağ (1991) Kırk Yıl Önce, Kırk Yıl Sonra (1994) Hû Dost (1995) Məktublar Arkadaşım Orhan Kemal ve Mektupları (1975) Pavli Kardeş (1985) Pyes Mayın (1968) Uşaq kitabları Can Arkadaş (1978) Ceylanlar Suya İndi ( 1980) Mayınlar Çiçek Açmaz ( 1983) Ağlama Anam (2000) Kanlı Gömlekler (2000) Digər Silivri 5. Ordu (2012)
Ssenarisini yazdığı filmlər Torpaq (1952)
Fotosərgilər 1964 - 1974 Gide Gide Serileri 1979 Eğer Bizi Sual Eden Olursa 1983 Dünya Güzel Olmalı 1997 Otyam'ın Objektifinden Filiz Otyam ve İbrahim Demirel ile karma sergi
Rəsm sərgiləri 1947 - 1953 "Onlar Grubu" ile sergileri 1976 Memleketimden İnsan Manzaraları 1978 İnsan Manzaraları 1987 - 1997 Filiz Otyam ile ortak yurt içi ve yurt dışı resim ve dokuma sergileri
Mükafatları 1962 Gazeteciler Cemiyeti Basın Şeref Belgesi 1980 - 1990 On Yılın Basın Şeref Belgesi 1995 Atatürkçü Düşünce Derneği Onur Plaketi İstanbul Devlet Güzel Sanatlar Akademisi Fotoğraf Enstitüsü Onur Belgesi 1996 3.Hacı Bektaş Veli Dostluk ve Barış Ödülü Pir Sultan Abdal Onur Belgesi UNESCO AIAP Türkiye Ulusal Komitesi Uluslararası Plastik Sanatlar Derneği Onur Belgesi Akdeniz Üniversitesi Onur Belgesi Şanlıurfa Kültür Eğitim Sanat Araştırma Vakfı Onur Belgesi 1998: Türkiye Cumhurbaşkanlığı Kültür ve Sanat Büyük Ödülü
İstinadlar
Xarici keçidlər Sanatçının Resmi web sitesi
Kateqoriya:Türkiyə rəssamları Kateqoriya:Türkiyə fotoqrafları Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:Türkiyə jurnalistləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:XX əsr Türkiyə yazıçıları Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:XXI əsr jurnalistləri Kateqoriya:İstanbul Dövlət İncəsənət Akademiyasının məzunları