Azərbaycanın Malayziyadakı səfirliyi — Azərbaycanın Malayziyada diplomatik nümayəndəliyi. Səfirlik Azərbaycan Respublikasını Malayziyada təmsil edir və Azərbaycanın rəsmi nümayəndəliyi olaraq iki ölkə arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Azərbaycanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Malayziyada təmsil edir.

Azərbaycan Malayziya ilə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq edir. Azərbaycan hökuməti BMT Təhlükəsizlik Şurası çərçivəsində Malayziyanın mövqeyini dəstəkləyir.

2021-ci ildən Azərbaycanın Malayziyada fövqaladə və səlahiyyətli səfiri İrfan Davudovdur.

Tarixi Malayziya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb.Embassy of the Republic of Azerbaijan to Malaysiya, Kuala Lumpur

İki ölkə arasında tam diplomatik münasibətlər 5 aprel 1993-cü ildə qurulub.Azerbaijan - Malaysia Relations

Azərbaycan Kuala-Lumpurda səfirliyini 2007-ci ilin iyununda açdı.

Malayziyanın Bakıdakı nümayəndəliyi 2014-cü il aprelin 1-də açılıb.Azərbaycan-Malayziya sənədləri imzalanıb

12 sentyabr 2014-cü il tarixində Malayziyanın Azərbaycanda səfirliyi açılıb.Bakıda Malayziya səfirliyinin rəsmi açılış mərasimi olubВ Баку открылось посольство Малайзии

Parlamentlərarası əlaqələri Azərbaycan Milli Məclisində Azərbaycan — Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.

Malayziya Parlamentində Azərbaycan daxil olmaqla Qərbi Asiya Regionu üzrə Parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.

Viza tələbləri Malayziya ilə Azərbaycan arasında vizasız rejim mövcuddur. Azərbaycan vətəndaşlarına bu ölkədə 90 günədək vizasız qalmaq hüququ verilir.

Azərbaycan Respublikasının Malayziyadakı səfirləri Azərbaycanın Malayziyadakı səfiri Azərbaycan Respublikasını Malayziyada təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir.

Səfir Müddət başlanğıcı Müddətin sonuTahir KərimovT.P.KƏRİMOVUN AZƏRBAYCAN RESPUBLİKASININ MALAYZİYADA FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 2006 2013Qaley Allahverdiyev Q.Ə.Allahverdiyevin Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2013 2021 İrfan Davudov 2021

İstinadlar

Xarici keçidlər Embassy of the Republic of Azerbaijanto Malaysia, Kuala Lumpur Embassy of Malaysia Baku, Azerbaijan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

Azərbaycan–Malayziya münasibətləri Kateqoriya:Malayziya Kateqoriya:Malayziyanın xarici siyasəti Kateqoriya:Azərbaycan–Malayziya münasibətləri Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Malayziyanın ikitərəfli əlaqələri Kateqoriya:Azərbaycanın diplomatik nümayəndəlikləri