Billi Al Benqston (; ) — Kaliforniyanın Venis və Havayın Honolulu şəhərlərində yaşayıb işləmiş amerikalı vizual rəssam və heykəltəraş idi. Benqston, ehtimal ki, Kaliforniyanın "Kustom" avtomobil və motosiklet mədəniyyətini əks etdirən əsərləri ilə daha çox tanınırdı. O, təsviri sənətdə avtomobil lakının püskürtülmüş təbəqələrindən istifadəyə öncülük etmiş və tez-tez psixodelik rənglərdən və mandalaya bənzər formalardan istifadə etmişdir. "ARTnews" Benqstonu "Los-Ancelesin müharibədən sonrakı incəsənət səhnəsinin nəhəngi" adlandırmışdır.
Erkən həyatı və təhsili
Benqston 7 iyun 1934-cü ildə Kanzas ştatının Doc Siti şəhərində anadan olmuşdur. Ailəsi 1948-ci ildə Los-Ancelesə köçdü. O, 1952-ci ildə Los-Anceles Şəhər Kollecində təhsil aldı. Daha sonra o, 1955-ci ildə Kaliforniyanın Oklend şəhərindəki Kaliforniya İncəsənət və Sənətkarlıq Kollecində Riçard Dibenkorn və Saburo Haseqavanın rəhbərliyi altında rəssamlıq təhsili aldı və 1956-cı ildə Otis İncəsənət İnstitutunda təhsil almaq üçün Los-Ancelesə qayıtdı.
İstinadlar
Xarici keçidlər BillyAlBengston.com Billy Al Bengston, Various Small Fires Billy Al Bengston, VENUS over Manhattan review in New York Times Billy Al Bengston in ArtForum Billy Al Bengston Papers at the Smithsonian's Archives of American Art Billy Al Bengston – Artist on KCET Departures Venice Decorative Arts: Billy Al Bengston and Frank Gehry discuss their 1968 collaboration at LACMA 5 Reasons Why He's Billy Al Bengston and You're Not – PAVED
Kateqoriya:1934-cü ildə doğulanlar Kateqoriya:2022-ci ildə vəfat edənlər Kateqoriya:88 yaşında vəfat edənlər Kateqoriya:ABŞ rəssamları Kateqoriya:ABŞ heykəltaraşları Kateqoriya:Rəssamlıq Kateqoriya:Amerikalılar