Cəmilə Kərimova (tam adı: Cəmilə Rüstəm qızı Kərimova; ) — Azərbaycan balerinası, pedaqoqu.

Adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılmış və Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə (2007), "Humay" Milli mükafatına (2019), Azərbaycan Respublikasının Prezident Təqaüdçüsü (2019, 2020, 2021), Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına (2019), Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalına (2021) layiq görülmüşdür.

2019-cu ildən etibarən Bakı Xoreoqrafiya Akademiyasının dissertantıdır. 2009-cu ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatra balet artisti vəzifəsinə işə qəbul olundu və 2018-ci ildən etibarən aparıcı səhnə ustası vəzifəsində işləyir.

2010-cu ildə Bakı xoreoqrafiya məktəbini fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyin dəstəyi ilə Moskva Dövlət Xoreoqrafiya Akademiyasına birillik ixtisasartırma kursuna daxil olmuş və 2011-ci ildə həmin kursu fərqlənmə sertifikatı ilə bitirmişdir.

Həyatı Cəmilə Rüstəm qızı Kərimova 30 oktyabr 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini 1998–2002-ci illərdə 160 №-li Klassik Gimnaziyada oxuyub. 2002-ci ildə Bakı xoreoqrafiya məktəbinə (indiki Bakı Xoreoqrafiya Akademiyası) Azərbaycan Respublikasının Əməkdar müəllim Roza Hacıyevanın sinfinə daxil olmuşdur və ilk müəllimi olub. Bu sinif R. Hacıyevanın son buraxılışı olmuşdur. Sonrakı sənət müəllimi isə Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli, Tamilla Şirəliyeva olmuş və onun sinfinə daxil olmuşdur. (2005) O, 2009-cu ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatra balet artisti vəzifəsinə işə qəbul olmuşdur. 2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetin "Aktyor sənəti" fakültəsi "Xoreoqrafiya ixtisası" üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2018-ci ildə Bakı Xoreoqrafiya Akademiyasının magistr pilləsini "Xoreoqrafiya sənətinin tarixi və nəzəriyyəsi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2019-cu ildən etibarən Bakı Xoreoqrafiya Akademiyasının dissertantıdır.

Ailəsi Evlidir. Bir övladı var. Anası Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti, Azərbaycan Respublikasının Əməkdar Artisti, Prezident mükafatçısı, Bakı Musiqi Akademiyasının professoru Töhfə Ağəli qızı Babayevadır.

Fəaliyyəti Pedaqoji fəaliyyəti 2006-cı ildə Cəmilə Kərimova Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin Moskvada təşkil etdiyi konsertdə iştirak etmişdir. 2007-ci ildə Sankt-Peterburqda keçirilən "Dance Open" 6-cı Beynəlxalq Balet Festivalında iştirak etmişdir. 2009-cu ildə Moskvada keçirilən M. T. Semyonova adına 9-cu balet artistləri və xoreoqrafların Beynəlxalq Müsabiqəsində iştirak etmişdir. 2018-ci ildən etibarən orada aparıcı səhnə ustası vəzifəsində işləmişdir. 2010–2011-ci tədris ilində Sankt Pölten Konservatoriyasında təhsil almağa layiq görülmüşdür. 2010-cu ildə Avstriya S-Polten şəhərin Balet Konservatoriyasının rəhbəri cənab M. Fixtenbaumun dəvəti ilə xüsusi konsert proqramında iştirak etmişdir. 2012-ci ildə truppanın tərkibində Belarus Respublikasına (Minsk şəhəri) qastrol səfərində iştirak etmişdir. 2016-cı ildə Astanada (Qazaxıstan) keçirilən 3-cü Beynəlxalq Balet Müsabiqəsində iştirak etmişdir.

Aparıcı rollar repertuarı

2011-ci ildə — J. Bize "Arlezianka" — Vivetta (birinci ifaçısı) 2012-ci ildə — P. Çaykovski "Qu gölü" — Odetta-Odiliya 2012-ci ildə — D. Şostakoviç "Xanım və Xuliqan" — Xanım 2014-cü ildə — L. Minkus "Paxita" — Paxita 2014-cü ildə Fransada "UNESCO" da və Avstriyanın Strasburq şəhərində F. Qarayevin "Qobustan kölgələri" baletin nümayişində iştirak etdi. 2015-ci ildə — O. Zülfüqarov "Sehirli alma" — Qız (birinci ifaçısı) 2015-ci ildə — F. Əmirov "Min bir gecə" — Şəhrizad 2015-ci ildə — F. Qarayev "Qobustan kölgələri" — Rəssam 2016-cı ildə — Q. Qarayev "Yeddi gözəl" — Bizans qözəli 2016-cı ildə — Ə. Abbasov "Qaraca qız" — Qaraca qız (birinci ifaçısı) 2016-cı ildə — İ. Ştraus "Düyməcik" — Şahzadə Düyməcik 2016-cı ildə — Q. Qarayev "Don Kixot" — Dulsineya 2016-cı ildə — A. Pyatsolla "Məhəbbət tanqosu" — Laura 2017-ci ildə "Bir əsgər hekayəsi" tamaşasında "Şahzadə" obrazda çıxış etdi. 2017-ci ildə Feansada "UNESCO"da F. Əlizadənin "Nəsimiyə ithaf" – vokal-xoreoqrafik tamaşada "Mələk" obrazını canlandırmışdır. 2017-ci ildə — A. Adan "Jizel" – Jizel 2017-ci ildə — F. Əmirov "Min bir gecə" — Nuridə 2017-ci ildə — J. Bize-R. Şedrin "Karmen-süita" — Karmen 2017-ci ildə — A. Əlizadə "Ümid valsı" — Səlminaz 2017-ci ildə — N. Əliverdibəyov "Muğam" — solist 2018-ci ildə — P. Çaykovski "Şelkunçik" — Maşa 2018-ci ildə — Q. Qarayev "Leyli və Məcnun" — Leyli 2018-ci ildə — T. Bakıxanov "Xəzər balladası" — Qağayı 2018-ci ildə — Ə. Bədəlbəyli "Qız qalası" — Gülyanaq 2018-ci ildə — L. Minkus "Dox Kixot" — Kitri 2018-ci ildə — Q. Qarayev, F. Qarayev "Qoyya" — Kaetana Alba 2018-ci ildə — M. Ravel "Bolero" — Solist 2019-cu ildə — F. Şubert "Dahi hekayəçi" — Düyməcik (birinci ifaçısı) 2019-cu ildə — P. Bülbüloğlu "Eşq və ölüm" — Baycan 2019-cu ildə — F. Əmirov "Nəsimi" — Od (birinci ifaçısı) 2019-cu il oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Nikolay Rimski-Korsakovun musiqisi əsasında səhnələşdirilmiş "Şəhrizad" baletinin tamaşası baş tutmuş və Zübeydə rolunu ilk dəfə balet truppasının aparıcı solisti, Əməkdar artist Cəmilə Kərimova ifa etmişdir. 2021-ci ildə — F. Əmirov "Nizami" — Nuşabə (birinci ifaçısı) 2021-ci ildə — T. Bakıxanov "Xeyir və Şər" — Xeyir 2022-ci ildə — A. Əlizadə "Babək" — Alnisə (birinci ifaçısı)

Mükafatları

2003-cü ildə "Gənc xoreoqraf" adlı müsabiqədə birinci yerə layiq görülmüşdür. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülmüşdür və adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılmışdır. 2016-cı ildə Qəmər Almas-zadə adına Birinci Beynəlxalq Klassik və Milli Rəqs Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülmüşdür. 2018-ci il və 2019-cu ildə uğurlu fəaliyyətinə qörə gənclər mükafatına layiq görülmüşdür. 2019-cu ildə "Humay" Milli mükafatına layiq görülmüşdür. 2019, 2020 və 2021-ci illərdə Azərbaycan Respublikasının Prezident Təqaüdünə layiq görülmüşdür. 2019-cu ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adına layiq görülmüşdür. 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalına layiq görülmüşdür.

Həmçinin bax Azərbaycan baleti Azərbaycan rəqsləri Azərbaycan operası

Mənbə İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Alın yazısına inanan prima-balerina — SƏNƏT "Klassik balerina olsam da…"

Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Bakı Xoreoqrafiya Akademiyasının məzunları Kateqoriya:Azərbaycan xoreoqrafları Kateqoriya:Azərbaycan balerinaları