Burger King (qısaca BK) — ABŞ-nin fastfud restoranları şəbəkəsi. Şəbəkənin əsası 1953-cü ildə Florida ştatının Ceksonvill şəhərində yaradılan "Insta-Burger King" ilə qoyulub; müasir Burger King-in ilk restoranı 1954-cü il dekabrın 4-də Mayamidə açılıb. Şirkət "Whopper" hamburgerinin evi kimi tanınır.
Burger King 2014-cü ildən Kanadanın Tim Hortons şəbəkəsi ilə birləşmə nəticəsində yaradılan Restaurant Brands International (RBI) holdinqinin tərkibindədir; holdinqə Popeyes də daxildir. 2025-ci ilin sonuna şəbəkənin 126 ölkə və ərazidə 19 900 restoranı olub.
Tarixi Yaranması (1953–1967) thumb|upright|"Whopper" hamburgerinin 1968-ci il reklamı Şirkətin sələfi Keyt Kramer və Metyu Börns tərəfindən Ceksonvilldə açılmış "Insta-Burger King" restoranıdır. Restoranın adı orada istifadə olunan "Insta-Broiler" adlı qril aparatından götürülüb. Şəbəkənin françayzi sahibləri Ceyms Makləmor və Devid Ecerton 1954-cü il dekabrın 4-də Mayamidə ilk restoranlarını açıblar və müasir Burger King-in qurucuları hesab olunurlar.
Makləmor və Ecerton 1955-ci ildə şirkətin maskotunu yaradıb, 1957-ci ildə isə "Whopper" sendviçini menyuya daxil ediblər. Onlar "Insta-Broiler"i "flame-broiler" adlanan qazla işləyən qrillə əvəz ediblər; hamburgerlərin açıq alov üzərində bişirilməsi bu gün də şəbəkənin əsas fərqləndirici xüsusiyyətlərindən biridir. 1959-cu ildə Makləmor və Ecerton şirkəti tam satın alıb, səkkiz il ərzində restoranların sayını 250-yə çatdırıb və 1967-ci ildə şirkəti Pillsbury şirkətinə satıblar.
Beynəlxalq genişlənmə Burger King 1969-cu ildə ilk xarici restoranını Kanadanın Vindzor şəhərində açıb, daha sonra Avstraliya və Avropa bazarlarına çıxıb; 1982-ci ildə Şərqi Asiyada fəaliyyətə başlayıb.
2010-cu ildə Nyu-York və Rio-de-Janeyroda yerləşən 3G Capital investisiya şirkəti Burger King-i təxminən 3,3 milyard ABŞ dollarına satın alıb, 2012-ci ildə şirkətin səhmlərini yenidən birjaya çıxararaq səhmlərin təxminən 70%-ni saxlayıb.
Restaurant Brands International 2014-cü il avqustun 26-da Burger King Kanadanın Tim Hortons qəhvə və donut şəbəkəsini təxminən 11 milyard ABŞ dollarına almaq barədə razılığı təsdiqləyib. Birləşmə nəticəsində 100 ölkədə 18 min restoranı olan dünyanın üçüncü ən böyük fastfud şirkəti yaradılıb; yeni şirkətin səhmlərinin təxminən 51%-i 3G Capital-a məxsus olub, baş qərargahı isə Kanadada yerləşdirilib. Sövdələşməyə Berkşir Hatəuey şirkəti 3 milyard dollarlıq maliyyə dəstəyi verib. Birləşmədən yaranan şirkət Restaurant Brands International adlanır.
Menyu thumb|"Whopper" kombo menyusu Şəbəkənin əsas məhsulu 1957-ci ildən satılan "Whopper" hamburgeridir. Burger King özünü "Whopper-in evi" () kimi təqdim edir. Ənənəvi fastfud menyusuna hamburgerlər, kartof fri, kokteyllər və digər sendviçlər daxildir.
Fəaliyyəti RBI-nin hesabatına görə, 31 dekabr 2025-ci il tarixinə Burger King-in restoran şəbəkəsi aşağıdakı kimi olub: + Burger King restoranları (31 dekabr 2025) Bölgə Restoran sayı ABŞ və Kanada 7 025 Beynəlxalq bazarlar 12 875 Cəmi (126 ölkə və ərazi) 19 900 2025-ci ildə şəbəkənin ümumi satış həcmi (sistem üzrə satışlar) 29,4 milyard ABŞ dolları təşkil edib.
Azərbaycanda Türkiyənin "TAB Gıda" şirkəti Burger King restoranlarının Gürcüstan və Azərbaycanda açılması üçün françayzinq hüququ aldığını bildirib. Azərbaycanda ilk Burger King restoranı 2018-ci ilin əvvəlində Bakıda "28 Mall" ticarət mərkəzində açılıb, daha sonra digər ticarət mərkəzlərində də filiallar fəaliyyətə başlayıb. 2023-cü ilin fevralında Bakıdakı restoranlar müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Hazırda Azərbaycanda Burger King restoranlarını "BK Azerbaijan" MMC idarə edir. Şirkət 2026-cı ilin sonuna qədər ölkədəki restoranların sayını 10-a, yaxın perspektivdə isə 40-a çatdırmağı planlaşdırır.
Həmçinin bax McDonald's KFC Popeyes
İstinadlar
Xarici keçidlər Burger King — rəsmi sayt
Kateqoriya:ABŞ şirkətləri Kateqoriya:1954-cü ildə yarananlar Kateqoriya:Qida şirkətləri Kateqoriya:Restoranlar şəbəkəsi Kateqoriya:Fastfud Kateqoriya:Amerika brendləri Kateqoriya:Baş qərargahı ABŞ-də yerləşən transmilli korporasiyalar