thumb|Heyvan gücü və kotan ilə ekstensiv kənd təsərrüfatı

thumb|İsveçrədə balaca bir kənd təsərrüfatı sahəsi

Ekstensiv kənd təsərrüfatı, geniş yayılmış kənd təsərrüfatı, kobud kənd təsərrüfatı və ya ibtidai kənd təsərrüfatı — əkin sahəsinin ölçüsünə nisbətən az miqdarda insan əməyindən, gübrədən və sərmayədən istifadə edilən kənd təsərrüfatı metodu. Bu üsul əsasən qoyun və iribuynuzlu mal-qaranın otarılması üçün tətbiq olunur, eyni zamanda buğda və arpa becərilməsinə də imkan verir.Wadham, Sir Samuel; Wilson, R. Kent & Wood, Joyce (1957) Land Utilization in Australia (3. baskı), Melbourne University Press Torpağın uzun müddət istifadə olunması və "yaşlanması" bu tip əkin sahələrində məhsuldarlığın azalmasına səbəb olur.Thomas, Tyrone (2000) My Environmental Exposé, Hill of Content, s. 42-50;

Ekstensiv kənd təsərrüfatı intensiv kənd təsərrüfatının bütün sahələr üzrə əksidir. Tətbiq olunan əkinçilik texnikası və üsulları sadədir, vahid sahədən və hər heyvan üzrə əldə edilən məhsuldarlıq aşağıdır. İstehsalda əsasən ənənəvi metodlardan istifadə olunur.

Bu kənd təsərrüfatı metodu torpaq ehtiyatlarının ucuz və bol, əhalinin isə seyrək olduğu, torpağın dərin və intensiv şəkildə emal edilmədiyi ölkələrdə geniş yayılmışdır. Torpağın uzun müddət boş saxlanılması, nadas tətbiqi (gələcəkdə məhsuldarlığın yüksək olmasına görə torpağın müəyyən bir müddət dinc saxlanılması, yəni əkin üçün istifadə edilməməsi), gübrələməsiz, suvarmasız və az torpaq emalı ilə əkin aparılması ekstensiv kənd təsərrüfatı üçün xarakterikdir. Uzun illər ərzində eyni toxumların istifadəsi onların məhsuldarlıq potensialını azaltmışdır. Heyvandarlıqda isə ət və süd məhsuldarlığı aşağı olan cinslərdən istifadə olunmağa davam edilir. Mexanizmlərdən çox insan əməyinə üstünlük verilir. Buna görə məhsulun həcmi və gəlir səviyyəsi aşağı olur.

Bu üsulun tətbiqi əsasən güzəran kənd təsərrüfatı formasında həyata keçirilir ki, bu da kapitalın yığılması problemini yaradır. İstehsal olunan məhsulun böyük hissəsi ailə tələbatına yönəldilir, yalnız zəruri ehtiyacların ödənilməsi üçün lazım olan hissə bazara çıxarılır.

İntensiv və ekstensiv kənd təsərrüfatı sahələrinin sərhədlərini dəqiq müəyyənləşdirmək çətindir. Lakin plantasiya əkinçiliyi istisna olmaqla, ekstensiv kənd təsərrüfatı əsasən isti iqlim qurşağında, intensiv kənd təsərrüfatı isə daha çox mülayim iqlim qurşağında geniş yayılmışdır.

İstinadlar

Ədəbiyyat siyahısı

Kateqoriya:Aqrar-sənaye kompleksi Kateqoriya:Növlərinə görə kənd təsərrüfatı