Pərdəsiz gitara — Elektrogitara ailəsinə aid simli musiqi aləti. Pərdəsiz gitara adətən standart bir alət olan, pərdələri çıxarılan, pərdəsiz boğazlı gitaradır. Baxmayaraq ki, bəzən xüsusi hazırlanmış kommersiya pərdəsiz gitaralar da hazırlanır. Klassik pərdəsiz gitara ilk dəfə 1976-cı ildə türk musiqiçisi Ərkan Oğur tərəfindən təqdim edilib. Pərdəsiz bas-gitaralar asanlıqla əldə edilə bilər və əksər böyük gitara istehsalçıları pərdəsiz modellər istehsal edirlər.
Pərdəsiz gitarada ifaçının barmaqları skripkada olduğu kimi simi birbaşa pərdə lövhəsinə basır və titrəyən simin körpüdən (simlərin birləşdirildiyi yerdən) pərdəyə deyil, barmaq ucuna qədər uzanmasına səbəb olur.
İstinadlar
Xarici keçidlər
NYC Fretless Guitar Festival — Сайт, посвященный фестивалю безладовой гитары в Нью-Йорке. Ned Evett Музыка Эркана Огура
Kateqoriya:Simli musiqi alətləri Kateqoriya:Elektron musiqi alətləri Kateqoriya:Gitara