Milli mistisizm — milli iddiaların okkult tədqiqatlar, psevdoelmi və ya uydurma tarixi inanclarla dəstəklənməsinə verilən addır.

Müxtəlif mənbələr milli mistisizmin ən qabarıq formasının Nasist mistisizmi olduğunu qeyd edirlər.

Okkultizm və mistisizm ilə əlaqəsi

Bu baxış bucağının okkultizm və mistisizm ilə əlaqəsi, həmin fikirləri paylaşan və ona mənsub olan iddiaların adətən mistisizm, okkultizm, ufologiya, astrologiya və s. sahələrlə maraqlanan və ya bu sahələrdə fəaliyyət göstərən insanlar tərəfindən inkişaf etdirilməsi, ortaya atılması və yayılması ilə aşkar olunur.

Bundan əlavə, irəli sürülən iddia və fikirlərdə intensiv okkultiv və mistik elementlərin olması və milliyətçilik iddialarında bunların, əksər hallarda "mütləq" şəkildə əsas götürülməsi bu baxışların okkultizm və mistisizm ilə əlaqəsini göstərir.

Milliyətçilik ilə əlaqəsi

Bu növ fikir, inanc və ya iddiaların bir milliyətçi təşkilat, siyasi partiya və ya digər institutlar və ideologiyalar tərəfindən mənimsənilməsi və yayılmasına cəhd edilməsi bu anlayışın milliyətçilik ilə əlaqəsini yaradır.

Milli mistisizm nümunələri

Günəş dil nəzəriyyəsi () Açıq tale () Müqəddəs Macar Tacı doktrinası

İstinadlar

Kateqoriya:Milli mistisizm Kateqoriya:Yalan elmlər Kateqoriya:Siyasət