Fuad Hüseynzadə — azərbaycanlı jurnalist, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD) sədri, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin (ARMQTİB) Mətbuat xidmətinin rəhbəri və "Diaspornews.az" və "Xeber7.az" saytlarının baş redaktoru.
2015-ci ildə "Tərəqqi" medalı, 2025-ci ildə isə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı ilə təltif olunub.
Həyatı Hüseynzadə Fuad Abı oğlu 1978-ci il dekabrın 9-da Cəlilabad rayonunda anadan olub. 1985–1995-ci illərdə Cəlilabad rayon N. Gəncəvi adına 1№-li orta məktəbdə orta təhsil alıb. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub.
Tələbəlik illərindən "Rezonans" qəzetində jurnalist fəaliyyətinə başlayıb. Ali təhsilini bitirdikdən sonra 2001–2002-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərindəki N saylı hərbi hissəsində hərbi xidmətdə olub. 2002-ci ildə hərbi qulluqdan tərxis olunduqdan sonra "Həftə içi" qəzetində ştatdankənar müxbir kimi çalışıb. 2003-cü ildə Mədəniyyət Nazirliyinin "Yaddaş" qəzetində şöbə redaktoru vəzifəsində çalışıb. 2003–2007-ci illərdə "Lider" TV-nin "Zəif Bənd" intellektual verilişində redaktor və böyük redaktor vəzifələrində işləyib. 2007–2008-ci illərdə "İki Sahil" qəzetində müxbir, 2008–2009-cu illərdə isə "Milli Qəhrəman" qəzetində baş redaktorun müavini vəzifəsində işləyib. 2009–2012-ci illərdə "Paritet" qəzetində çalışıb. 2013–2020-ci illərdə "Palitra" qəzetində çalışıb. Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin (ARMQTİB) Mətbuat xidmətinin rəhbəri və "Diaspornews.az" və "Xeber7.az" saytlarının baş redaktorudur.
2015-ci ilin yanvarında Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya üzv seçilib. 2022-ci ildə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) Media Reyestrindən fərdi jurnalist olaraq qeydiyyatdan keçib. 2014-cü ildən Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədridir.
Mükafatları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyul 2015-ci il tarixli sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif olunub. 2017-ci ildə "Ukraynanın müstəqilliyinin 25 illiyi" medalı, 2018-ci ildə isə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ilə təltif edilib. 2025-ci ilin 30 oktyabrında "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı ilə təltif olunub.
Əsərləri 2016-cı ilin oktyabr ayında "Dünya azərbaycanlılarının palitrası" adlı kitabı işıq üzü görüb. Kitabın 13 ölkədə təqdimatı keçirilib. 2020-ci ilin oktyabrında "Azərbaycançılıq ideyası — dünya azərbaycanlılarının istinad mənbəyi" adlı kitabı nəşr olunub. 2025-ci ilin aprelində isə Azərbaycan xalqının qəhrəmanlarından bəhs edən "Böyük Qələbənin varisləri" ("Наследники Великой Победы") adlı kitabı çapdan çıxıb. Kitab MDB dövlətlərinin 22-ci Beynəlxalq "Kitab sənəti" müsabiqəsində "Qələbə" nominasıyası üzrə Azərbaycan adına "Qızıl ulduz" diplomuna layiq görülüb. Kitabın Bakıda, eləcə də Rusiyanın Moskva, Krasnoyarsk və Maqadan şəhərlərində, Belarusun isə Vileyka şəhərində təqdimatı keçirilib.
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalistləri