Sarasvati vinası (Malayalamca: സരസ്വതി വീണ) — Hindistanmənşəli simli musiqi aləti. O, Hindistan klassik və dini musiqisində istifadə edilən qədim hind simli alətdir. Adətən aləti tutan və ya ifa edən hind ilahəsi Sarasvatinin adını daşıyır. Raqhunatha vena kimi də tanınan bu vina əsasən Karnatik Hindistan klassik musiqisində istifadə olunur. Cənubi Hindistan formasında lyutnya ailəsinin üzvü olan vinanın bir neçə variantı var. Vinada çalan şəxsə vaynikaya deyilir.

Sarasvati vina hazırda 4 əsas vina növündən biridir. Digərlərinə çitra vina, viçitra vina və rudra vina daxildir. Bunlardan rudra və viçitra vinaları Hindustani musiqisində daha çox istifadə olunur, Sarasvati vina və çitra vina isə Cənubi Hindistanın Karnatik musiqisində daha çox istifadə edilir. Onlardan həm ənənəvi musiqi, həm də müasir musiqi ifa etmək üçün istifadə etmək mümkündür. İstinadlar

Xarici keçidlər

Google - Saraswati Veena Saraswati Veena Saraswati Veena in North Indian Khayal Style See Video of Beenkar :en:Suvir Misra playing Saraswati Veena in Hindustani Khayal Style.

Kateqoriya:Simli musiqi alətləri Kateqoriya:Hindistan musiqi alətləri