Olqa Konstantinovna (; ) — Yunanıstan kralı I Georqun xanımı, Yunan kraliçası.
Həyatı Romanovlar sülaləsinə mənsub olan Olqa, Böyük knyaz Konstantin Nikolayeviçin və xanımı Saksen-Altenburqlu Aleksandranın ən böyük qızı idi. Uşaqlıq və ilk gənclik illəri Rusiya imperiyasında, xüsusilə də Sankt-Peterburq, Krım və Polşada keçdi.
27 oktyabr 1867-ci ildə Sankt-Peterburqdakı Qış sarayında gənc Yunanıstan kralı I Georqla evləndirildi. Cütlüyün 8 övladı doğuldu:
I Konstantin Şahzadə Georq Şahzadə Aleksandra Şahzadə Nikolay Şahzadə Mariya Olqa (7 aprel 1880 - 2 noyabr 1880) Şahzadə Endryu Şahzadə Xristofor
1913-cü ildə ərinin sui-qəsd nəticəsində öldürülməsinin ardından Rusiyaya qayıtdı. Birinci Dünya müharibəsi illərində qardaşına məxsus olan Pavlovskiy sarayında hərbi hospital təşkil etdi. 1917 Oktyabr inqilabının ardından sarayda əsir tutulsa da, Danimarka səfirinin müdaxiləsiylə saraydan çıxarıldı və İsveçrəyə qaçmasına icazə verildi. Böyük oğlu I Konstantinin taxtdan endirilməsi səbəbilə Yunanıstanda qala bilmədi. Ancaq nəvəsi Kral Aleksandrın ölümcül xəstəliyi əsnasında Afinaya qayıtdı. Nəvəsinin ölməsi ilə oğlu I Konstantinin taxta qayıtması arasındakı bir aylıq müddət zərfində naibə olaraq hakimiyyəti ələ aldı. Ancaq Türkiyə ilə müharibədə Yunanıstanın məğlub olması nəticəsində qurulan hərbi diktatura oğlunu ikinci dəfə taxtdan endirdi. Bu dəfə oğluyla birlikdə İtaliyaya sürgünə yollandı. Oğlunun qısa zaman sonra burada vəfat etməsinin ardından qalan illərini Böyük Britaniya və Fransada keçirdi.
Son illərində səhhətiylə bağlı problemlər yaşadı. Görmə zəifliyi səbəbilə bir neçə dəfə Parisdə əməliyyat olundu. Üstəlik yerimə problemi yaşadı. 1923-cü ildən etibarən kiçik oğlu Şahzadə Xristoforun yanında yaşadı. 18 iyun 1926-cı ildə onun Romadakı evində vəfat etdi. Monarxiya rejiminə qarşı olmasına baxmayaraq, keçmiş kraliçalarına bağlı qalan yunanlar onun Afinada dəfn edilməsini təklif etsələr də, bu təklif ailə tərəfindən geri çevrildi. 22 iyunda Romadakı Pravoslav kilsəsində keçirilən mərasimin ardından cənazə, ertəsi gün daşındığı Florensiyadakı rus kilsəsinin zirzəmisinə dəfn olundu. Cənazə Yunanıstanda monarxiyanın bərpasından sonra 17 noyabr 1936-cı ildə Tatoy sarayında ərinin məzarı yanına köçürüldü.
Şəcərəsi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriI Konstantin2 avqust 186811 yanvar 1923Prussiyalı SofiyaII GeorqAleksandrŞahzadə HelenŞahzadə PavelŞahzadə İrinaŞahzadə YekaterinaŞahzadə Georq24 iyun 186925 noyabr 1957Mariya BonapartŞahzadə PyotrŞahzadə YevgeniyaŞahzadə Aleksandra30 avqust 187024 sentyabr 1891Pavel RomanovMariya PavlovnaDmitriy PavloviçŞahzadə Nikolay22 yanvar 18728 fevral 1938Yelena VladimirovnaŞahzadə OlqaŞahzadə YelizavetaŞahzadə MarinaŞahzadə Mariya3 mart 187614 dekabr 1940Qeorqi RomanovNina QeorqiyevnaKseniya QeorqiyevnaŞahzadə Olqa7 aprel 18802 noyabr 1880 - -Şahzadə Endryu2 fevral 18823 dekabr 1944Alisa BattenberqŞahzadə MarqaritaŞahzadə TeodoraŞahzadə SesilyaŞahzadə SofiyaŞahzadə FilippŞahzadə Xristofor10 avqust 188821 yanvar 1940Nonni Mey Stüart -Orleanlı FransiskaŞahzadə Mixail
Qalereya
Mənbə
Ədəbiyyat
İstinadlar Kateqoriya:Hökumət