Əl-İstiəb fi mərifətil-əshab () və ya əl-İstiəb () — İbn Əbdülbər ən-Nəməri tərəfindən səhabələrin həyatı haqqında qələmə alınmış əsər.

Əsər "Əl-İstiəb fi mərifətil-əshab" səhabələrin həyatı ilə bağlı dövrümüzə qədər gəlib çatmış ilk əsərlərdən biridir. Əsərin müqəddiməsində səhabə məvhumu, səhabələrin ədaləti kimi mövzular izah edilmişdir. Əsər dörd bölmədən ibarət olub, son bölmə qadın səhabələrə həsr edilmişdir. "Əl-İstiəb fi mərifətil-əshab"də bütün səhabələri əhatə etmədiyindən İbn Əbdülbərin tələbəsi Əbu Əli əl-Qəssani tərəfindən bir kitab daha yazılmışdır. Əsərin nəşrlərindəki tərcümeyi-halların saylarında fərqliklər vardır. Bicavi nəşrində 4228, "əl-İsabə" ilə birgə nəşr olunan nüsxədə isə 3624 tərcümeyi-hal verilmişdir. İbn Həcər əl-Əsqəlani əsərdə 3500 ətrafında tərcümeyi-hal olduğunu qeyd etmişdir. Əsərin qələmə alınmasında Musa ibn Uqbə, İbn İshaq, Vəqidi, Xəlifə ibn Xəyyat, Əhməd ibn Hənbəl, Buxari, Təbəri, Bağavi və başqalarının əsərlərindən bəhrələnilmişdir.

"Əl-İstiəb fi mərifətil-əshab" ilk dəfə Heydərabadda nəşr edilmişdir (I–II, 1900–1901).

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar Kateqoriya:Sünni ədəbiyyatı