ABŞ prezidentinin ailəsi və ya ABŞ-nin birinci ailəsi — ABŞ-nin həm dövlət başçısı, həm də hökumət başçısı olan ABŞ Prezidentinin ailəsi. Birinci ailənin üzvləri prezident, birinci xanımı və onların övladlarından ibarətdir. Bununla belə, prezidentin və həyat yoldaşının digər yaxın qohumları Ağ Ev Kompleksinin İcraçı İqamətgahında yaşayırsa, birinci ailənin üzvləri kimi təsnif edilə bilər.
Hazırkı birinci ailə 2025-ci ildən ABŞ-nin 45-ci və 47-ci prezidenti Donald Trampın ailəsidir.
Birləşmiş Ştatlarda prezidentin yaxın ailəsinə "birinci ailə" termini ən çox media və xüsusən də Ağ Evin mətbuat xidməti tərəfindən istifadə olunur. Fərdi olaraq, birinci ailənin hər bir üzvü Birləşmiş Ştatların Gizli Xidməti orqanları tərəfindən Gizli Xidmət kod adı təyin edilir. Xüsusi agentlər tərəfindən istifadə edilən bu kod adları birinci ailənin üzvlərinin davamlı müdafiəsini qısa, aydın və unikal şəkildə müəyyən edir.
Siyahı