Sankt-Peterburq (; 1914-cü ildən 1924-cü ilədək Petroqrad, 1924-cü ildən 1991-ci ilədək Leninqrad) — Rusiya Federasiyasının federal əhəmiyyətli şəhəri, Rusiyanın Şimal-Qərb Federal dairəsinin inzibati mərkəzi, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin, MDB Parlament Assambleyasının, 1992-ci ildən Rusiya Leninqrad vilayətinin hakimiyyət orqanlarının yerləşdiyi şəhər. XVIII–XX əsrlərdə — Rusiya İmperiyasının paytaxtı. SSRİ dövründən qəhrəman şəhər.
Şimali Avropada, Rusiyanın şimal-qərbində, Baltik dənizinin Fin körfəzinin sahilində , ora tökülən Neva çayının sahilində yerləşir.
Rusiyanın vacib iqtisadi, elmi, mədəni və tarixi şəhəri, böyük nəqliyyat qovşağıdır. Şəhər mərkəzindəki tarixi abidələr UNESCO-nun dünya mirası siyahısına daxildir.
Adları 27 may 1703-cü ildən 31 avqust 1914-cü ilədək Sankt-Peterburq (, ,https://vk.com/doc18066328_442700135 Sultan Məcid Qənizadə, Rusca-Tatarca Sözlük: Петербургъ پطرسبورغ Петресбург ) 31 avqust 1914-cü ildən 26 yanvar 1924-cü ilədək Petroqrad (, ) 26 yanvar 1924-cü ildən 6 sentyabr 1991-ci ilədək Leninqrad ( ) 6 sentyabr 1991-ci ildən Sankt-Peterburq (, ) Ayrıca, Çar Rusiyası vaxtında XX əsrin əvvəllərinə kimi azərbaycanlılar arasında bu şəhərə Fitilbörk deyilirdi və eyni şəkildə "Molla Nəsrəddin" jurnalında,http://calilbook.musigi-dunya.az/p/peterburg.html Peterburq, Sankt-Peterburq… İstər "Molla Nəsrəddin" jurnalında çap edilmiş satirik teleqramlar içərisində, istərsə də yazıçının ayrı-ayrı personajlarının nitqində P. adına (bəzi mənbələrdə "Fitilbörk" şəklində) tez-tez təsadüf olunur. Cəlil Məmmədquluzadə,http://www.azerbaycandili.az/Synopsis/Download/3364/QULİYEVA%20ZÜLFİYYƏ%20BORİS%20QIZI.pdf Ümumiyyətlə, C. Məmmədquluzadənin bədii əsərlərində və felyetonlarında rus və Avropa mənşəli toponimlər üslubi cəhətdən müxtəlif variantlarda verilmişdir. Məsələn, Rusiya/ Ruset/ Rusiyyə; Moskva /Moskov/Məskov ; Peterburq/Petroqrad/Fitilbörk; Firəngistan/Frəngistan/Fransa və s. Üzeyir Hacıbəyovhttp://anl.az/el/h/h001/h001004/mm002.htm Ax gözəl Fitilbörk. Ey yerin behişti. Qurtar bizi bu cəhənnəmdən. və s. yazıçıların əsərlərində də görünür.http://teref.az/arasdirma/73495-baki-milyonchusunun-rus-imperatoru-nikolayla-maraqli-serguzeshti-tarx.html … Əlim hər yerdən üzüldü, başladım Fitilbörk küçələrində hərlənməyə.
Tarixi 1712–1918-ci illərdə Rusiya imperiyasının paytaxtı olub.
Əsası 27 may 1703-cü ildə çar I Pyotr tərəfindən qoyulmuşdur.
Şəhərdə üç böyük inqilab baş vermişdir: 1905–1907-ci illər, 1917-ci il Burjua-Demokratik fevral inqilabı, 1917-ci ildə Böyük Oktyabr Sosialist inqilabı. 1941–1945-ci illər Böyük Vətən Müharibəsi dövründə şəhər uzun müddət mühasirədə saxlanılmışdır. Bunun nəticəsində şəhərdə 1500000 nəfər insan ölmüşdür. 1965-ci ildə qəhrəman şəhər statusunu daşıyır. 1966-cı ildən başlayaraq şəhərin əhalisi də çoxalmağa başlamışdır. Şəhərdə yeni tikililər sürətlə artmağa başlamışdır. Böyük prospektlər-Yuri Qaqarin prospekti, Kosmonovatlar prospekti salınmışdır. 1967-ci il Okyabr İnqilabının yubileyində "Юбилейный" İdman Sarayı,"Октябрьский" Böyük Konsert zalı tikildi. 1979-cu ildə Fin körfəzinin sahilində bənd tikildi , hansı ki, şəhəri körfəzin suyundan müdafiə edirdi. 1982-ci ildə Vasilkoy adasında Dəniz Vağzalı tikdilər. 1988-ci ildə isə Sankt-Peterburq şəhərinin əhalisi 5 milyona çatdı. 1990-cı ildə YUNESKO-nun mədəni irs siyahısına daxil edilib.
Şəhərin bayram və xatirə günləri Sankt-Peterburqda ümumrusiya və beynəlxalq bayramlarla yanaşı, şəhərin bayram və xatirə günləri də qeyd olunur: 14 yanvar — Sankt-Peterburqun Nizamnaməsinin qəbul olunması günü; (1998-ci ildə qəbul olunub) 18 yanvar — Leninqrad blokadasının yarılması günü; (1943-cü ildə) 27 yanvar — Leninqradın faşist blokadasından tam azad olunması günü; (1944-cü ildə) 10 fevral — Aleksandr Sergeyeviç Puşkinin anım günü; (şair 1837-ci ildə vəfat etmişdir) 27 may — Sankt-Peterburq şəhərinin yaranma günü; (1703-cü ildə) 5 iyun — Leninqrad dəniz mina blokadasının yarılması günü; (1946-cı ildə) 2006-cı ildən qeyd olunur 9 iyun — Birinci Pyotrun doğum günü; (1672-ci ildə) 14 iyun — Müqəddəs İoann Kronshtadtın xatirə günü; 20 iyun — Sankt-Peterburq məktəblərində "Al yelkənlər" adlı məzunlar bayramı (1968-ci ildən 1979-cu ilə qədər və 2005-ci ildən qeyd olunur); 1 İyul — Yenidənqurma günü (2006-cı ildən qeyd olunur); 12 iyul — Müqəddəs Pyotr və Pavel günü; 8 sentyabr — Leninqrad qurbanlarının xatirə günü (1941-ci ildə Leninqradın mühasirəsinin əvvəli); 10 sentyabr — Sankt-Peterburq Sənaye Günü (2016-cı ildən qeyd olunur); 12 sentyabr — Müqəddəs Şahzadə Aleksandr Nevski'nin qalıqlarının Sankt-Peterburqa köçürülmə günü (1724) — Nistad Sülh günü (1721); 30 oktyabr — Gəmi quruculuğu günü (2014-cü ildən qeyd olunur)
Coğrafiyası və iqlimi Şimala yaxın olmasına baxmayaraq yaz aylarında istilik 30 dərəcəyə çatmaqdadır, qışları isə soyuq keçər, kanallar bu sırada donar, bol yağış yağar.
Şəhərin yayıldığı bütün sahələr boyunca dəniz səviyyəsindən ən yüksək nöqtə 14–15 m ətrafındadır. İyun — İyul arasında gündüzlər daha uzun olar və təxminən 2 həftə günəş haradasa heç batmaz. Bu vəziyyətə bəyaz gecələr adı verilmişdir.
Sankt-Peterburqda doğulan tanınmış şəxsiyyətlər
Qardaş şəhərlər , Bakı (1998) , Qdansk (1961) , Drezden (1961) , Hamburq (1957) , İsfahan (1999) , İstanbul (1990) , Adana (1997) , Los-Anceles (1990) , Milan (1961–2012) , Bombey (1963) , Rotterdam (1966) , Varşava (1997) , Quadalaxara (2008) , İrəvan (1997) , Akaba (2003) , İsgəndəriyyə (2005) , Alma-Ata (1996) , Antverpen (1958) , Astana (2008) , Banqkok (1997) , Barselona (1984) , Bordo (1991) , Buenos-Ayres (2010) , Venesiya (2006) , Betlehəm (2003) , Vorkuta (1942) , Havana (2000) , Havr (1965) , Genuya (2002) , Göteborq (1962) , Qrats (2001) , Dauqavpils (1965) , Düşənbə (1991) , Zaqreb (1968) , İmarta (2007) , Yohannesburq (2009) , Kaunas (2007) , Kvebek (2002) , Keyptaun (2001) , Kiyev (2001–2016) , Kolombo (1968) , Konstansa (2007) , Kotka (1997) , Koşitse (1995) , Krakov (2006) , Lappeenranta (2007) , Lion (1993) , Los-Anceles (1990) , Mançester (1962) , Mar-del-Plata (2009) , Maribor (2001) , Melburn (1989) , Mikkeli (1996) , Minsk (2000) , Montevideo (1998) , Nijni Novqorod (2016) , Nikolayev (2003) , Nitsa (1997) , Odessa (2002) , Omsk (1943) , Orhus (1989) , Osaka (1979) , Oş (2004) , Paris (1991) , Pekin (2009) , Tuapse (1998) , Pirey (1965) , Plovdiv (1980) , Praqa (1992–2014) , Pusan (2008) , Rio-de-Janeyro (1986) , Riqa (1997) , Rişon le-Tsion (-) , Rotterdam (1966) , Saloniki (2002) , Sent-Pitersberq (2002) , Santyaqo de Kuba (1974) , Sevastopol (2000) , Stavanger (2008) , Stokholm (1992) , Tallin (1999) , Tampere (1993) , Tartu (2006) , Tbilisi (1999) , Turku (1953) , Tequ (1997) , Hayfa (2008) , Hayfon (2006) , Xartum (2002) , Xarkov (2003) , Helsinki (1993) , Xoşimin (1977) , Çikaqo (1992) , Çendu (1998) , Tsindao (2007) , Şanxay (1988) , Edinburq (1995)
Həmçinin bax Sankt-Peterburq metropoliteni
İstinadlar
Kateqoriya:Leninqrad vilayətinin şəhərləri Kateqoriya:Qəhrəman şəhərlər Kateqoriya:Planlı paytaxtlar Kateqoriya:Baltik dənizinin liman şəhərləri Kateqoriya:1703-cü ildə yaranan yaşayış məntəqələri Kateqoriya:Rusiyadakı ümumdünya irsi Kateqoriya:Vladimir Lenin Kateqoriya:Həvari Pyotr Kateqoriya:I Pyotr Kateqoriya:Keçmiş paytaxtlar Kateqoriya:Rusiyanın milyon nəfərdən çox əhalisi olan şəhərləri