Vikram Ambalal Sarabhay (, , ; ) — Hindistanda kosmik tədqiqatların əsasını qoyan, həmçinin ölkədə nüvə enerjisinin inkişafına kömək edən hindistanlı fizik və astronom. Tez-tez "Hindistan kosmik proqramının atası" kimi xatırlanan Sarabhay, 1966-cı ildə Padma Bhuşan, 1972-ci ildə isə (ölümündən sonra) Padma Vibhuşan ordenləri ilə təltif edilmişdir.

Erkən həyatı və təhsili

Vikram Sarabhay 12 avqust 1919-cu ildə Hindistanın Əhmədabad şəhərində, qucaratlı şvetambara-şrimali cayn ailəsində anadan olmuşdur. Onun atası Ambalal Sarabhay, Hindistanın müstəqillik hərəkatına sadiq olan tanınmış sənayeçi idi.

Peşəkar fəaliyyəti

Hindistanda kosmik elmlərin "beşiyi" sayılan Fiziki Tədqiqatlar Laboratoriyası (PRL) 1947-ci ildə Vikram Sarabhay tərəfindən təsis edilmişdir. Laboratoriya fəaliyyətinə ilk olaraq onun şəxsi iqamətgahı olan "RETREAT" binasında kosmik şüaların tədqiqi ilə başlamışdır.

İnstitut rəsmi olaraq 11 noyabr 1947-ci ildə "Karmkshetra" Təhsil Fondu və Əhmədabad Təhsil Cəmiyyətinin dəstəyi ilə Əhmədabaddakı M.G. Elm İnstitutunda yaradılmışdır. Kalpati Ramakrişna Ramanatan institutun ilk direktoru olmuşdur. Başlanğıcda əsas diqqət kosmik şüaların tədqiqinə və atmosferin yuxarı qatlarının xassələrinə yönəldilmişdi. Daha sonra Atom Enerjisi Komissiyasının qrantları sayəsində tədqiqat sahələri genişləndirilərək nəzəri fizika və radiofizikanı da əhatə etmişdir. O, həmçinin Sarabhay ailəsinə məxsus biznes konqlomeratına rəhbərlik etmişdir.

Onun maraq dairəsi elmdən idmana və statistikaya qədər geniş idi. Sarabhay ölkənin ilk bazar araşdırması təşkilatı olan Əməliyyat Tədqiqat Qrupunu (ORG) qurmuşdur. Onun yaradılmasında iştirak etdiyi çoxsaylı institutlar arasında Əhmədabaddakı Nehru İnkişaf Fondu, Hindistan İdarəetmə İnstitutu (IIMA) və Əhmədabad Toxuculuq Sənayesi Tədqiqat Assosiasiyası (ATIRA) xüsusilə diqqətəlayiqdir. Həyat yoldaşı Mrinalini Sarabhay ilə birlikdə "Darpana" İncəsənət Akademiyasını təsis etmişdir. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən digər layihə və müəssisələrə Kalpakamdakı Sürətli Neytronlu Sınaq Reaktoru (FBTR), Kəlkətədəki Dəyişən Enerjili Siklotron Layihəsi, Heydərabaddakı Hindistan Elektronika Korporasiyası (ECIL), Jharkhanddakı Hindistan Uran Korporasiyası (UCIL) daxildir. Sarabhay Hindistan peykinin istehsalı və orbitə buraxılması layihəsinin əsasını qoymuşdur. Bunun nəticəsi olaraq, 1975-ci ildə Rusiyanın kosmodromundan Hindistanın ilk peyki olan "Aryabhata" orbitə yerləşdirilmişdir. O, Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) banisidir.

İstinadlar

Xarici keçidlər

[Interview with biographer Amrita Shah recorded in August 12, 2019] Great Scientists at freeindia.org

Kateqoriya:12 avqustda doğulanlar Kateqoriya:1919-cu ildə doğulanlar Kateqoriya:30 dekabrda vəfat edənlər Kateqoriya:1971-ci ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Hindistan astronomları Kateqoriya:Kembric Universitetinin məzunları Kateqoriya:Padma Vibhuşan kavalerləri Kateqoriya:Hindistanın kosmik proqramları