Georq (; ) — Böyük Meklenburq-Strelitz hersoqu.
1779-cu ildə Hannoverdə dünyaya gəldi. Atası Şahzadə Karl Meklenburq-Strelitz hersoqu Karl Lüdovik Frederikin böyük oğlu idi. Dünyaya gəldiyi əsnada əmisi IV Adolf Frederik taxtda idi. Ancaq əmisi evlənməmişdi və varisi yox idi. Bu səbəblə, atası və özü taxtın varisi idi. Hələ 3 yaşında anası vəfat etdi və atası yenidən evləndi. Bu səbəblə, 1794-cü ilədək Darmştadtda yaşadı. Həmin il əmisinin vəfatıyla atası taxta çıxdı.
Rostok Universitetində təhsil aldı. Ardından Berlindəki kral sarayında yaşadı. Belə ki, bacısı Luiza Prussiya kralı III Fridrix Vilhelmlə evli idi. 1802-ci ildə İtaliyaya getdi və 2 il orada yaşadı. Napoleon müharibələri dövründə Parisdə sülh danışıqlarında iştirak etdi. 1815-ci ildə Vyana konqresində iştirak etdi.
Atasının vəfatından sonra 1816-cı ildə taxta çıxdı. Məktəblər inşa etdirdi və ölkədə abadlıq işləri gördü. Kənd təsərrüfatını inkişaf etdirdi və köləliyi ləğv etdi.
12 avqust 1817-ci ildə Kasseldə alman əsilzadəsi Hesseli Mariya ilə evləndi. Cütlüyün 4 övladı doğuldu.
Luiza (1818-1842) Frederik Vilyam Karolina (10 yanvar 1821 - 1 iyun 1876) Georq Avqust (11 yanvar 1824 - 20 iyun 1876)
Mənbə
Ədəbiyyat
Huberty, Michel; Alain Giraud; F. B. Magdelaine (1945). L'Allemagne Dynastique, Tome VI : Bade-Mecklembourg. pp. 233, 239. ISBN 978-2-901138-06-8 Dietrich, Andrea; Müller, Winfried; Schattkowsky, Martina (2004). Zwischen Tradition und Modernität: König Johann von Sachsen 1801-1873 (in German). Leipziger Universitätsverlag. p. 364. ISBN 978-3-936522-86-0 Fries, Jana Esther; Gutsmiedl-Schümann, Doris (2013). Ausgräberinnen, Forscherinnen, Pionierinnen: Ausgewählte Porträts früher Archäologinnen im Kontext ihrer Zeit (in German). Waxmann Verlag. p. 44. ISBN 978-3-8309-7872-5
İstinadlar