Ernst Feliks İmmanuel Hoppe-Zeyler () – alman fizioloq və kimyaçı. Biokimya sahəsinin qurucusudur. O, qırmızı qan hüceyrələrinin oksigenin daşınmasındakı rolunu kəşf etmişdir.

İlk illəri Hoppe-Zeyler 1825-ci ildə Saksoniyada doğulmuşdur. Atası frayburqlu superindendent idi. Altı yaşı olanda anası, üç il sonra isə atası ölmüşdür. Yetim qalandan sonra bir müddət böyük bacısı Klaranın evində yaşamış, daha sonra yetimxanaya köçərək gimnaziyada təhsil almağa başlamışdır. 1864-cü ildə Georq Zeyler tərəfindən övladlığa götürülmüş və Zeyler soyadını qəbul etmişdir.

Təhsil və karyerası Hale-Vittenberq və Leypsiq universitetlərində tibb təhsili almış, 1851-ci ildə Berlin Universitetindən tibbi doktorantura dərəcəsi əldə etmişdir. Rudolf Virxovun Berlində yerləşən Patoloji İnstitutunda köməkçi kimi işləmişdir. Strasburq Universitetində biokimya kafedrasının dekanı olmuşdur. Bu, həmin dövrdə Almaniyadakı yeganə belə institut idi. Paul Erlix, Fridrix Mişer və Albrext Kossel onun tələbələri olmuşlar.

Elmi töhfələri Hoppe-Zeyler biokimya sahəsinin qurucusu hesab olunur. Onun yazdığı "Fizioloji kimya" əsəri bu sahə üçün standart dərsliyə çevrilmişdir. O, oksigenin damarlar vasitəsilə daşınması üçün qırmızı qan hüceyrələri ilə əlaqələnməsində hemoqlobinin rolunu kəşf etmişdir. O, hemoqlobini kristal formada ayırmağı bacarmış və dəmir tərkibli olduğunu aşkar etmişdir.

Həmin dövrdə Almaniya ilə Fransa arasında münasibətlər yaxşı olmasa da, o, Fransa Elmlər Akademiyasının üzvlüyünə qəbul edilmişdir. O, xlorofillə bağlı araşdırmalar aparmış, bir sıra proteinləri ayırmışdır. 1877-ci ildə "Zeitschrift für Physiologische Chemie" jurnalını qurmuş və ölümünə qədər redaktoru olmuşdur.

İstinadlar

Xarici keçidlər Bioqrafiya və biblioqrafiyası

Kateqoriya:Almaniya kimyaçıları Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:Almaniya həkimləri Kateqoriya:XIX əsr həkimləri