Arnold Yohannes Vilhelm Zommerfeld (; ) – həm atom, həm də kvant fizikası sahəsindəki inkişafın öncüllərindən olmuş, eyni zamanda nəzəri fizikanın yeni dövrü üçün çoxsaylı tələbələr yetişdirmiş və onlara mentorluq etmiş alman nəzəri fiziki.
Zommerfeld yeddi "Nobel" mükafatı laureatının doktorantura və postdoktorantura rəhbəri olmuş, həmçinin ən azı 30 digər tanınmış fizik və kimyaçının elmi fəaliyyətinə rəhbərlik etmişdir.
O, ikinci kvant ədədini (azimutal kvant ədədi) və üçüncü kvant ədədini (maqnit kvant ədədi) elmə daxil etmişdir. Zommerfeld, həmçinin incə quruluş sabitini təqdim etmiş və rentgen şüalarının dalğa nəzəriyyəsinin banisi olmuşdur.
Erkən həyatı və təhsili
Arnold Yohannes Vilhelm Zommerfeld 5 dekabr 1868-ci ildə Köniqsberqdə (indiki Kalininqrad, Rusiya), kökləri Prussiyaya dayanan bir ailədə anadan olmuşdur. Anası Sesili Mattias (1839–1902) potsdamlı bir inşaatçının qızı idi. Atası Frans Zommerfeld (1820–1906) Köniqsberqin nüfuzlu ailələrindən birinə mənsub həkim idi; Arnoldun babası 1822-ci ildə Prussiya krallığının xidmətində Saray Poçt Katibi kimi karyera qurmaq üçün əyalətdən buraya köçmüşdü. Zommerfeld ailəsinin mənsub olduğu Prussiya Evangelik Protestant Kilsəsində xaç suyuna çəkilmişdi və dindar olmasa da, xristian inancından heç vaxt imtina etməmişdi.
Zommerfeld Köniqsberq Universitetində riyaziyyat və fizika elmləri üzrə təhsil almışdır. Onun dissertasiya rəhbəri riyaziyyatçı Ferdinand fon Lindeman olmuşdur;The Mathematics Genealogy Project (Arnold Sommerfeld ) cites Ferdinand von Lindemann as Sommerfeld's Ph.D. dissertation advisor. Cassidy (Cassidy, 1992, pp. 100 – 101) cites Paul Volkmann as Sommerfeld's advisor and cites a reference. Other authors provide information which can be used to decide between the two, in view of Sommerfeld's abilities. The English translation of Sommerfeld's Habilitationsschrift (Arnold Sommerfeld, translated by Raymond J. Nagem, Mario Zampolli, and Guido Sandri Mathematical Theory of Diffraction, Birkhäuser Boston, 2003, pp. 1–2) reveals that Sommerfeld's Ph.D. thesis cited 14 of his teachers at the University of Königsberg and thanked all of them, but particularly named Lindemann in the line of gratitude. Jungnickel (Jungnickel, 1990b, pp. 144–148 and 157–160) is revealing on a number of issues relating to Volkmann. He did little research himself, did not attract physicists, had few publications to his name, and as a physics teacher was a "popularizer". While Sommerfeld attended classes in Volkmann's Theoretical Physics Institute at Königsberg, he looked to Volkmann's assistant Emil Wiechert, rather than Volkmann himself. Sommerfeld was closely associated with Emil Wiechert, who gave him many impressions. Wilfried Schroeder has published the earlier letters between Sommerfeld and Wiechert (Arch. hist. ex. sci., 1984). At the end of the 19th and the early 20th century, there were only four ordinarius professorships for theoretical physics: Königsberg (Volkmann), Göttingen (Woldemar Voigt), Berlin (Max Planck), and Munich, which had been vacant since Ludwig Boltzmann left in 1894, and would not be filled until Sommerfeld was appointed there in 1906. In comments made on the status of theoretical physics in 1899, Voigt only mentioned Planck, Wilhelm Wien, Paul Drude, and Sommerfeld. In a letter to Sommerfeld in 1898, Wien's assessment was similar to Voigt's; Wien only mentioned the chairs at Berlin and Göttingen. Keeping in mind that Munich was unfilled, not mentioning Volkmann's chair at Königsberg to Sommerfeld was a glaring omission, with implications. o, həmçinin riyaziyyatçılar Adolf Hurvits və David Hilbert, habelə fizik Emil Vixertin mühazirələrindən bəhrələnmişdir.Mehra, Volume 1, Part 1, 1982, p. 106. Tələbə korporasiyasındakı (Burschenschaft) iştirakı onun üzündə ömürlük duel çapığının qalmasına səbəb olmuşdur.Sommerfeld Biography – MacTutor History of Mathematics O, 24 oktyabr 1891-ci ildə fəlsəfə doktoru (Ph.D.) dərəcəsini almışdır.Arnold Sommerfeld – Mathematics Genealogy Project. Sommerfeld's Ph.D. thesis title: Die willkürlichen Functionen in der mathematischen Physik.
Doktorluq dərəcəsini aldıqdan sonra Zommerfeld müəllimlik diplomu üzərində işləmək üçün Köniqsberqdə qalmışdır. 1892-ci ildə dövlət imtahanını verdikdən sonra Köniqsberqdəki ehtiyat polkda birillik hərbi xidmətə başlamışdır. Məcburi hərbi xidmətini 1893-cü ilin sentyabrında başa vursa da, növbəti səkkiz il ərzində könüllü olaraq səkkiz həftəlik hərbi xidmətlərini davam etdirmişdir. Yuxarı burulmuş bığları, bədən quruluşu, Prussiyaya məxsus vüqarlı duruşu və üzündəki duel çapığı ilə o, qusar polkovniki təəssüratı bağışlayırdı.
İstinadlar
Xarici keçidlər
Annotated bibliography for Arnold Sommerfeld from the Alsos Digital Library for Nuclear Issues Arnold Sommerfeld Biography – American Philosophical Society (includes information on his students.) Arnold Sommerfeld Biography – Zurich ETH-Bibliothek Karin Reich (1995) Die Rolle Arnold Sommerfeld bei der Diskussion um die Vektorrechnung Arnold Sommerfeld's Students – The Mathematics Genealogy Project N. Mukunda (2015) Arnold Sommerfeld: Physicist and Teacher Beyond Compare from Indian Academy of Sciences Michael Eckert (Video): Sommerfeld's Munich Quantum School – 3rd Conference on the History of Quantum Physics (June 2011) Together with: Presentation, including many historical pictures Hans Bethe talking about his time as Sommerfeld's Student on Peoples Archive Relativitätstheorie – Sommerfeld's 1921 introduction to special and general relativity for general audiences (German) () Sommerfeld-Project – Leibniz-Rechenzentrum der Wissenschaften
A collection of digitized materials related to Sommerfeld's and Linus Pauling's structural chemistry research. Arnold Sommerfeld and Condensed Matter Physics, Annual Review of Condensed Matter Physics Vol. 8:31–49
Kateqoriya:5 dekabrda doğulanlar Kateqoriya:1868-ci ildə doğulanlar Kateqoriya:26 apreldə vəfat edənlər Kateqoriya:1951-ci ildə vəfat edənlər Kateqoriya:Münxendə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni kavalerləri Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Bavariya Elmlər Akademiyasının üzvləri Kateqoriya:Göttingen Elmlər Akademiyasının üzvləri Kateqoriya:XIX əsr Almaniya fizikləri Kateqoriya:SSRİ Elmlər Akademiyasının fəxri üzvləri