Nothing's About to Happen to Me () — Yapon mənşəli ABŞ müğənnisi və mahnı müəllifi Mitskinin sayca səkkizinci studiya albomu. 27 fevral 2026-cı il tarixində "Dead Oceans" leyblının təqdimatında dinləyicilərin mühakiməsinə veriləcək.

Fon 13 yanvar 2026-cı ildə Mitski səkkizinci studiya albomunu "Instagram"da bir sıra paylaşımlarla elan edib. Birinci videoda sənətçi mətbəxdə yeməkdən görüntülər verib. Bir gün sonra, 14 yanvarda ikinci paylaşımda Mitski evin qapısından içəri girib özünü yerə atıb və alçaq səslə "nothing’s about to happen to me" deyib. Bu ifadə albomun başlığı olub. 15 yanvar tarixində isə buraxılış günü açıqlanıb. Paylaşımda kalkulyatora "22726" rəqəmləri yazılıb. Açıqlamaya əsasən, albom tənha bir qadının hekayəsini anladır. Qadın səliqəsiz bir evdə qapalı həyat sürür. Evin çölündə camaatın gözündə fərqli görünür, evin içində isə tamam öz başına, azad yaşayır.

Səsyazmalar Bu albomunda Mitski əvvəlki studiya işi "The Land is Inhospitable and So Are We" mahnılarında başladığı musiqini davam etdirir. Mitski yenidən Patrik Haylend ilə prodüser və mühəndis kimi işləyir. Albomda "The Land" turnesinin qrupundan Kallan Dvan, Ceni Maganya, Bruno Esrubilski, Tay Beyli, Fets Kaplin və Brican Mörfi kimi musiqiçilər çalır.

Drü Erikson orkestr parçalarını tərtib edib və rəhbərlik edib. Yazı Los-Ancelesdəki "Sunset Sound" və "TTG" studiyalarında aparılıb. Son toxunuşları Bob Veston əlavə edib.

Təşviqat

Sinqllar Müğənni Mitski 2026-cı il yanvarın 16-da "Nothing's About to Happen to Me" albomunun elanı ilə yanaşı "Where's My Phone?" mahnısını ilk sinql kimi buraxıb. "Clash" nəşri bu mahnını "narahatlıq hissi oyadan səs-küylü pop əsəri" kimi səciyyələndirib. Noel Polun rejissorluğu ilə çəkilən videoklipdə Mitski Şerli Ceksonun "Biz əzəldən qalada yaşamışıq" () romanından təsirlənərək qədim evdə bacısını qorumağa çalışan vahimələnmiş qadın obrazını canlandırıb.

Albomun ikinci sinqlı olan "I'll Change for You" mahnısı 2026-cı il fevralın 3-də "BBC Radio 1"də Cek Sondersin "New Music Show" verilişində ilk dəfə səslənib. Mitski bu mahnının konsepsiyasından danışarkən ayrılıqdan sonra insanların keçmişlərinə geri dönmək üçün yalvarması kimi qeyri-məntiqli reaksiyaları göstərmək istədiyini ifadə edib. "Stereogum" jurnalından Kris Devill bu əsəri "Mitskinin vokal gücünü nümayiş etdirən zərif ballada" kimi dəyərləndirib. "Argus Far" nəşrindən Alfi Sansom isə mahnını "qırmızı şərabda və öz halına yanmaqda batmış, dolub-daşmaq üzrə olan ümidsizlik nağılı" kimi təsvir edib. Leksi Allinin rejissorluğu ilə hazırlanan "I'll Change for You" videosu mətbuat açıqlamasına görə Allinin albom üçün çəkdiyi fotolarda göstərilən xaotik "Tansy House" atmosferini daha dərindən əks etdirib. Mitski eyni zamanda Nyu-York, Los-Anceles və Sidney şəhərlərində keçirəcəyi konsert tarixlərini açıqlayıb.

Trek siyahısı

İstinadlar

Kateqoriya:Mitski albomları Kateqoriya:2026-cı ilin musiqi albomları Kateqoriya:Dead Oceans albomları