Aleksandr Pavloviç Serebrovski (; ) — rus inqilabçısı və "Sovet Rokfelleri" ləqəbli sovet neft və dağ-mədən mühəndisi.

Həyatı Serebrovski 1881-ci ildə çar II Aleksandrın qətlə yetirilməsinə görə məsuliyyət daşıyan Narodnaya volya təşkilatının sürgün edilmiş üzvünün ailəsində, Ufada anadan olmuşdur. 1903-cü ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olmuşdur. Serebrovski ailənin siyasi fəaliyyətini davam etdirmişdir; onun ilk həbsi 1902-ci ildə baş vermişdir. Serebrovski Sankt-Peterburq Texnologiya İnstitutunda təhsil almış, lakin 1908-ci ildə Brüsselə mühacirət etmişdir. 1911-ci ildə Serebrovski Brüsseldə Ali Texniki Məktəbi bitirmiş və mexanika mühəndisliyi üzrə diplom almışdır. Rusiyaya qayıtdıqdan sonra müxtəlif mühəndis və texniki vəzifələrdə çalışmışdır.

Serebrovski Rusiya vətəndaş müharibəsi zamanı Petroqradda ən böyük iki zavodun direktoru olmuşdur. Oktyabr inqilabından sonra Leon Trotski Serebrovskini sovet işinə qoşulmağa təşviq etmişdir. Bunun nəticəsində o da başqaları kimi Kommunist partiyasına qoşulmuş və "rejimin dayaqlarından biri"nə çevrilmişdir. 1920-ci ilin mayında Xalq Komissarları Soveti (XKS) 35 yaşlı Serebrovskini milliləşdirilmiş Azərbaycan neft müəssisələrinin yeni yaradılmış konsorsiumu olan Azneftə rəhbərlik etmək üçün Azərbaycanca göndərmişdir.

Sovet neft hasilatı islahatı Serebrovskinin ABŞ-ə ilk gəlişi 29 iyul 1924-cü ildə olmuşdur. Ertəsi gün o, Nyu-Yorkdakı "Standard Oil Company"nin mərkəzi ofisini ziyarət edərək Volter Tiql ilə danışıqlar aparmışdır. Sovet neft təşkilatı üçün kredit əldə etmək məqsədilə Serebrovski Con Rokfellerlə görüşməli olmuş və bu görüşü xatirələrində belə təsvir etmişdir:

ABŞ-dən Avropaya dəniz yolu ilə qayıdan zaman Serebrovski ABŞ səyahətindən bəhs edən "Amerikada neft və qaz sənayesi" ("Нефтяная и газовая промышленность в Америка") adlı kitabını tamamlamışdır. Londonda qısa müddətli səfəri zamanı kitabı rus dilində nəşr etdirmişdir.

Serebrovski Qafqaz neft yataqlarındakı fəaliyyəti və Amerika qazma alətləri və texnikalarının tətbiqinə görə "Sovet Rokfelleri" adlandırılmışdır. Serebrovski həmçinin Azərbaycan Dövlət Neft Akademiyasının neft-qaz hasilatı fakültəsinin formalaşmasında iştirak etmişdir. Onun adını daşıyan dənizdənkənar neft yatağı mövcuddur.

Qızıl hasilatı islahatı Qafqaz neft yataqlarını uğurla istehsalata qaytarmaq tapşırığını tamamladıqdan sonra Serebrovskiyə İosif Stalin tərəfindən Sovet qızıl sənayesini inkişaf etdirmək vəzifəsi verilmişdi. Stalin 1849-cu il Kaliforniya qızıl hərisliyi haqqında Bret Hartın əsərlərini və Blee Sandrarın daha sonra filmi çəkilmiş "Satterin qızılı" kitabını oxumuşdu. Serebrovski dərhal Alyaskaya səfər etmiş və özünü adi bir "Mədənçilik professoru" kimi təqdim etmişdir (əslində o, Moskva Mədənçilik İnstitutunun professoru və rejimin əsas funksionerlərindən biri idi). Onun planı ABŞ-dakı mədənçilik texnikalarını SSRİ-də təkrarlamaq idi.

Ziyarət etdiyi ilk Alyaska mədənlərindən birində Serebrovski 33 yaşlı mədən mühəndisi Cek Litlpeyc ilə tanış olmuşdur. Litlpeyc əvvəlcə Serebrovskinin SSRİ-də iş təklifini rədd etmiş və "insanları, xüsusən də mühəndisləri güllələmək" vərdişi olduğu görülən bolşevikləri sevmədiyini bildirmişdir. Lakin Serebrovski səbrlə yanaşmış və Litlpeyci ailəsi ilə birlikdə SSRİ-yə köçməyə inandırmışdır. Litlpeyc təxminən 10 il SSRİ-də yaşamış və sonra ABŞ-yə qayıtmışdır.

Daha sonra, 1936-cı ildə Serebrovskinin rus dilində yazdığı "Qızıl cəbhəsində" ("На Золотом фронте") adlı kitabı nəşr edilmişdir. Lakin kitab daha "orada adı çəkilən bəzi şəxslərin sonradan konspirasiyaçılar olduğu müəyyən edilməsi" səbəbindən dövriyyədən çıxarılmışdır.

Ölümü Serebrovski 23 sentyabr 1937-ci ildə həbs edilmiş və 8 fevral 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən "əks-inqilabi fəaliyyət"də təqsirli bilinmişdir. O, 10 fevral 1938-ci ildə, 53 yaşında güllələnmişdir. Stalinin öz hesabatına görə, Serebrovski "xalqın acı düşməni" idi və Lev Trotskiyə azı 50 milyon qızıl lövhə təhvil vermişdir.

Aleksandr Serebrovski 19 may 1956-cı ildə, ölümündən sonra əfv olunmuşdur.

Qaraçuxur qəsəbəsinin adı 1964-cü ildən 1992-ci ilə qədər "Serebrovski" olmuşdur.

İstinadlar

Ədəbiyyat

. Includes photograph of Serebrovsky.

Kateqoriya:SSRİ siyasətçiləri Kateqoriya:Böyük təmizləmə qurbanları Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:SSRİ-də edam olunanlar Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:SSRİ-də repressiya qurbanları Kateqoriya:Köhnə bolşeviklər Kateqoriya:SSRİ mühəndisləri Kateqoriya:SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan SSR-in "Qırmızı bayraq" ordeni ilə təltif edilənlər Kateqoriya:ÜİK(b)P-nin XVII qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XVI qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XV qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XIV qurultayının nümayəndələri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar Kateqoriya:RSDF(b)P-nin VI qurultayının nümayəndələri